Kataraktanın növləri mövzusunda ikincisi: Arxa subkapsulyar katarakta (APK).
Arxa subkapsulyar kataraktalar həm yaşla ortaya çıxan bir problemdir, həm də gənclərdə metabolizm pozğunluğunun nəticəsində ortaya çıxan bir problemdir. Arxa subkapsulyar kataraktalarda pasiyentlər görmə keyfiyyətinin çox qısa müddətdə zəiflədiyindən şikayət edirlər.
“Heç kim mənə problemim haqqında məlumat verə bilmir”
Bir öncəki yazıda (kortikal katarakt), demişdim, görmə daha gec pisləşir. Amma arxa subkapsulyar kataraktalarda görmə çox qısa müddətdə, sürətli şəkildə pisləşir və pasiyentlər çox narahat olurlar. Hətta müayinə nəticəsində xəstənin şikayətinə əhəmiyyət verilməsə, erkən dövrlərdə qaçırıla biləcək qədər incə dəyişikliklər olur.
Bu dəyişiklikləri də tutmağın ən önəmli yolu daha kiçik işıq yarığı, seli vasitəsilə arxa kapsula yönləndirilib işıq seli, orada ancaq işıq seli hərəkət etdirilərək müşahidə edə bilirik, mövzunu tuta bilirik.
Çünki bəzən olur, xəstə şikayət edir:
Doktor, bir neçə həkim gəzmişəm. Amma mənim problemim haqqında heç kimsə mənə məlumat verə bilmir. Görməyim dumanlıdır. Bunun səbəbi tapılmır.
Hə… Artıq “Bir neçə həkimdə olmuşam, mənim problemi tapa bilmirlər” deyincə istər-istəməz insan bir az daha diqqətli olur və qaçırıla biləcək mövzuları artıq neçə illik təcrübə var deyə bilirsən: hansı mövzularda nə qaçırdıla bilər?
Kiçik dar yarıqlar vasitəsilə işıq seli hərəkət etdirməklə arxa kapsulun önündəki bulanıqlıq asanlıqla aşkar olunur. Bunlar görmə keyfiyyətini aşağı salır, xüsusilə də, işıqlı havadakı görmə seli.
Nisbətən qaranlıq məkanlarda görmədə şikayət olmur
Arxa subkapsulyar kataraktalar görmədə mərkəzi hissədə, büllurun mərkəzi hissəsini bulandırdığına görə nisbətən qaranlıq məkanlarda bəbəyimiz, onsuz da, böyüyür, gözə daha çox işıq düşür deyə həmin o bulanmış sahələrin kənarlarından gözün arxasına “makula” dediyimiz bölgəyə işıq seli çatır. Pasiyentlər görmə keyfiyyətində çox problem yaşamırlar.
Doktor, nisbətən qaranlıq məkanlarda problem yoxdur. Evdə, ofisdə problem çox hiss eləmirəm, amma günəşli havada artıq dumanlı görürəm. Əvvəlki qədər aydın görə bilmirəm.
Niyə?
Çünki günəşli havada bəbək daralır, bəbəyin arxa hissəsində də büllur kütləsi bulandığına görə gələn işıq seli makulaya çox az çatır və onu duman şəklində hiss edirlər.
Bəzi hallarda kölgəli görmə, ikili görmə şikayətləri də bu arxa subkapsular kataktalarda müşahidə olunur.
Suallar və Cavablar