Yaşa bağlı olan kataraktalar hansı əlamətlə özünü büruzə verir?
Yəni kataraktanın əlamətləri nələrdir?
Birincisi, görmənin keyfiyyətinin aşağı düşməsi. Yəni görmədə bulanmanın əmələ gəlməsi. Bu ümumi görmə sahəsində bulanıqlıq total, homogen bulanıqlıq şəklində də ola bilər və ya sektoral.
“Doktor, niyəsə bayır tərəfdən dumanlı görməyə başladım”.
“Doktor, niyəsə aşağı tərəfdən bir az daha dumanlı görürəm”.
“Düz baxıram, hər şey yaxşıdır, amma aşağı baxıram aşağıda dumanlı görməyə başladım”
və yaxud da ki:
“Gözümün bir tərəfində artıq qara ləkə var.”
Düzdür, bu şikayətlər başqa xəstəliklərdə də ola bilər. Amma kataraktanın bir neçə şikayətlərindən biri də budur. Yəni bu şikayəti varsa, artıq başqa əlamətlərlə bir yerdə differensasiya olunub, diaqnoz təsdiqlənməlidir.
İkinci əsas rast gəldiyimiz şikayətlər, görmə dərəcələrinin dəyişməsi.
“Doktor, əvvəllər bəlli bir nömrə, misal üçün, -4 taxırdım. Axır vaxtlar artıq -4 mənə kömək etmir.”
Üçüncüsü,
“İndiyə qədər yaxın eynəyi istifadə edirdim, müsbət eynəklərdən, amma axır vaxtlar yaxın eynəyi işimə yaramır, məni narahat edir, eynəksiz baxmaq daha çox xoşuma gəlir.”
Daha sonrakı əlamət: görmə sahəsində defektlər.
“Doktor, baxıram, amma filan yerdə ləkəli görürəm. Bir sahəni ləkəli görürəm.“
Daha sonra:
“Doktor, kölgəli görməyə başlamışam. Baxdığım hərflər, altından bir kölgəyə, ya yanından bir dənə kölgə…”
Hətta bəzən ikili görmə… Düzdür, ikili görmə çox xarakterik deyil, amma xəstələr şikayətlərində kölgəli görməni daha çox “ikili görmə” olaraq şikayət edirlər. Onu bir az daha dərinləşdirəndə:
– Bir obyekti, tutaq, “K” hərfini iki dənəmi görürsünüz, yoxsa yanında yayılmış kimimi?
– Hə, doktor, yayılmış kimi görürəm.
Yəni ikili görmə kataraktaya çox da xarakter deyil, yayılmış görmə daha çox xarakterdir.
Daha sonra çox rast gəlirik, bir obyekti bir neçə dənə yayılmış şəkildə. Misal üçün: ulduza baxıram və ya aya baxıramayı 3, 4 dənə görürəm.
Bir işıq mənbəyi çox yayılmış olur.
Bu şikayətlər kataraktanın əlamətlə, əksər hallarda 70-80 faiz bu şikayətləri toplayanda artıq şikayətlərdən diaqnoza getmiş oluruq. Bu şikayətlər varsa, yaşı da uyğundursa, böyük ehtimal bu pasiyentdə katarakta var və katarakta yönündə müayinələrimizi daha da dərinləşdiririk.
One thought on “Yaşa bağlı kataraktanın əlamətləri nələrdir? [Katarakta: 6]”