Katarakta nədir

Katarakta nədir? [Katarakta: 1]

Katarakta mövzusunu seriya yazılar şəklində paylaşmağı əslində neçə vaxtdır planlaşdırırdım. Amma narahat idim, qorxurdum. Qorxumun da səbəbi: Katarakta o qədər geniş bir sahəni əhatə edir ki, o mövzunu necə yığıb-yığışdıracamı planlaşdıra bilmirdim. Amma yenə cürət elədim. Bir bismilah edək, bir bir nöqtədən başlayaq. Gedə bildiyimiz qədər bütün ən incə nöqtələrinə qədər insanları maraqlandıran bütün detallarına: əməliyyat öncəsi, əməliyyat sonrası ola biləcək, onların beynini narahat edən bütün mövzular haqqında detallı məlumat vermək istəyirəm. 

İlk öncə “Katarakta nədir?” 

Normal gözün daxilində büllur dediyimiz bir orqanımız var, balaca bir orqan. O büllurun funksiyası sındırma gücüdür. Yəni yaxından, ortadan, uzaqdan gələn işıq şüalarını sındırıb gözün arxasında olan makula bölgəmizə, hansı ki, detallı görmənin 90 faizindən cavabdeh olan hissədir Makula bölgəsi. “Sarı nöqtə” deyirik. Ətraf mühitdən gələn işıq şualarını büllur sındıraraq makula bölgəsinə salır. 

Gözün bülluru və makula bölgəsi

Büllur elastikdir

Büllurun o sındırma gücü onun elastikliyinə bağlıdır. Gələn işıq şüalarının məsafəsindən və gücündən asılı olaraq onun gərginliyi artıb-azala bilir, Elastikdir büllur. 

Yaş artdıkca büllurun elastikliyi azalır

Amma bu elastiklik yaş artdıqca azalmağa başlayır. Onun tərkibindəki proteinlər getdikcə ətrafındakı mayeləri sorur və sərtləşməyə başlayır. Belə hal olunca da artıq onun 40 yaşdan sonra elastikliyi pozulur. Məhz buna görə də 40 yaşdan sonra presbyopia dediyimiz yaxın görmənin pozulması hadisəsi baş verir. Yəni 40 yaşdan sonra gözündə problemi olmayan insanların yaxını zəif görməyə başlamağının səbəbi büllurun elastikliyinin azalmasıdır. 

Büllurun elastikliyinin azalması katarakta demək deyil. Yaşa bağlı hadisədir. Necə ki, yaşla əlaqədər bəlli yaşdan sonra saçımızın rəngi dəyişir, ağarmağa başlayır, billurda da bəzi fizioloji dəyişikliklər gedir. 

Amma bu hadisə, sərtləşmə hadisəsi getdikcə artmağa başlayır və bir müddətdən sonra o qədər sərtləşir ki, görmə keyfiyyətinə: başda dərinlik duyğusuna təsir edir. Yəni yaxını yaxşı görmürük, 40 yaş civarında. Amma 52-53 yaşdan sonra fakoskleroz dediyimiz görmənin keyfiyyətinə, bulanıqlıq deyil, amma görmənin keyfiyyətini, yəni aydınlığını azaltmağa başlayır, şəffaflığını azaltmağa başlayır. Belə hallar olanda da biz buna fakoskleroz deyirik. Yəni görmə keyfiyyəti aşağı düşüb, amma hələ də əməliyyatlıq deyil. 

katarakta nedir

Yaş daha çox artdqca büllurun şəffaflığı da itir

Bunun bir növbəti etapı isə artıq bir müddətdən sonra büllur bulanmağa başlayır. Metabolik proseslər çox dəyişir və büllurun şəffaflığı itir. Büllurda bulanmanın başlanmağı artıq kataraktanın varlığı deməkdir. 

Bir sonrakı yazıda isə kataraktanın növləri haqqında məlumat verəcəyəm.

3 thoughts on “Katarakta nədir? [Katarakta: 1]”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir