Kataraktanın növlərindən biri də qısaca APK dediyimiz Arxa Polar Kataraktadır. (Kataraktanın digər növləri: arxa subkapsulyar katarakta, kortikal katarakta, nuklear katarakta)
Arxa polar katarakta üçün, əslində, “çox yaş məhdudiyyəti yoxdur” deyim.
Gənclərdə daha çox rast gəlinir, yaşlılarda daha az rast gəlinir.
Arxa polyar katarakta zamanı konkret olaraq büllurun mərkəzində nöqtəvari bulanma baş verir.
Hansı halda gözləmə mövqeyi seçirik?
Əgər arxa polar katarakta çox böyük bir sahəni tutmursa, yəni günəşli havada bəbək daralır, bəbək daraldığı zaman hələ də o bulanmış sahənin kənarlarından gözün arxasına işıq seli keçə bilirsə, arxa polar kataraktlar təhlükəli sayılmır və gözləmə taktikası güdürük.
Burada önəmli nöqtə xəstənin görmə faizi və iki göz arasında görmə faizi önəmlidir. Misal üçün, xəstənin problem olmayan gözü 100 faiz görür, amma problem olan gözü 80 faiz görür. Belə olan hallarda, əlbəttə ki, gözləmə taktikası güdürük. Yox, əgər görmə faizi, biri 100 faiz, digəri 20 faizdirsə və yaşı da gəncdirsə, o zaman əməliyyat tövsiyə edirik.
Arxa kapsul yırtıla bilər
Arxa polar kataraktlarda bəzi nüanslar var. Ən önəmli nüans: hər 5 xəstədən birində arxa kapsul yırtıq olur, cırılmış olur. Yəni arxa polar katarakt varsa, həkim artıq bu arxa kapsulun yırtılma riskini nəzərə alıb, planlaşdırıb əməliyyata girməlidir.
Bəzən baxırsan, həkim bunu nəzərə almadan standart bir kataraktda halıymış kimi əməliyyata girir, əməliyyatdan problemlərlə çıxa bilirlər. Çünki bu əməliyyatın gedişatına cərrah, əməliyyat otağı və material olaraq hazır deyildilər.
Arxa polar kataraktada dediyim kimi beş xəstədən birində arxa kapsulun özü yırtılmış olur, beş xəstədən birində də o qədər nazik olur ki, nə qədər təcrübəli cərrah olsan belə, beş xəstədən birində də əməliyyatın gedişatında arxa kapsul yırtıla bilir.
APK varsa həkimlərimiz daha diqqətli olmalıdırlar
Arxa kapsul yırtılmağı bizim arzuladığımız hal deyil. Əgər normal bir əməliyyat 6 dəqiqə, 8 dəqiqə, 10 dəqiqə çəkirsə, arxa kapsul yırtılmağı olunca istər-istəməz bir az daha əlavə işlər görmək məcburiyyətində qalırıq və daha öncə planlaşdırdığımız linzalardan daha fərqli linzalar qoyma ehtiyacı ola bilər.
Həkim üçün çox önəmlidir ki, arxa polar kataraktı olan xəstələrdə diqqətli olsunlar.
Xüsusilə də, bu trifokal, axır vaxtlar “akıllı mercek” çox yayıldı. Yəni mən əslində bunun bu qədər yayqın olmağını çox xoş görmürəm. Çünki kimi gəldi o linzaları implantasiya edirlər və çox problem yaşayan pasiyentlər görürəm.
Burada tamam, pasiyent bəlkə də istəyə bilər, əlbəttə ki, belə bir imkan varsa, “Doktor, əgər gözüm o linzanı qoyandan sonra uzaq, orta, yaxını problemsiz görə biləcəyəmsə, mən narahatçılıq yaşamayacağamsa əməliyyat istəyirəm” deyə bilər pasiyent. Bunda haqlıdır. Amma həkim, məncə, o mövzularda riskləri nəzərə alıb xəstəni məmnun edə biləcəkmi, xəstəsini qane edə biləcəkmi əməliyyatdan sonra, ona görə davranmalıdırlar.
Amma çox təəssüf ki, hal-hazırda dediyim kimi, yəni çox məmnun olmayan narazı xəstə kütləsi ilə qarşılaşıram axır vaxtlar. Bunların da səbəbi detallı müayinə olunmadan əməliyyata qərar verilib, əməliyyatın icra olunmasıdır.
Arxa polar kataraktada həkimlərimiz daha diqqətli olmalıdırlar. Çünki əməliyyatın gedişatında problemlərlə qarşılaşıla bilir.