Katarakta əməliyyatından sonra göz damcıları necə istifadə olunmalıdır

Katarakta əməliyyatından sonra göz damcıları necə istifadə olunmalıdır [Katarakta: 44]

Katarakta əməliyyatı oldu. Həkiminiz sizə dərmanları başa saldı, dərmanlar yazıldı, dərmanı əldə etdiniz və artıq damcını tökməyin vaxtı gəlib çatıb. Nə eləməliyik? 

Öncə sarğımızı açdıq. Əksər hallarda dediyim kimi, o sarğı 2-3 saat lazım olur, ondan sonra ehtiyac olmur. Yəni sarğını saxlamağa ehtiyac yoxdur. Açdıq, atırıq, gedir. Dərman damızdırılmalıdır. 

Xəstə və dərmanı damızdıracaq şəxs əllərini təmiz yumalıdır

Dərmanı xəstənin özü damızdırmayacağına görə ətrafımızdakı kimsə damızdıracaq. Yəni yanında müşayiət eləyən adamlar. Onlara tövsiyəmiz: əllərini təmiz-təmiz yuyurlar.

Dərman açılır və qoruyucu halqa atılır

Damızdıracaq dərman reseptə uyğun, birinci dərman, ikinci dərman… Əvvəlcə birinci dərmanı açılır. Dərmanın ağzını açdıq. Əksər hallarda dərmanların başında yüngül qoruyucu bir halqa var, üzük şəkilli. Qapağını açdıqdan sonra onu çıxardıb atmaq lazımdır. Çünki bəzən xəstələr unudurlar onu çıxartmağı. Damcını damızdıran zaman o düşüb gözü cıza bilər. Ona diqqət eləsinlər. Üzük şəkilli bir halqa var, onu da mütləq çıxardıb atsınlar yerə. 

İlk damcı kənara damızdırılır 

Dərmanı çalxalanır… Ağzı açıldı, halqanı çıxarıb atdıq. Dərmanı damızdırmalıyıq. Dərman ilk dəfə açılanda birinci dərmanı gözə damızdırmırıq, kənara damızdırırıq salfetkanın üstünə. Onun ağzında əgər hər hansı bir debrit, toz varsa, damcı onu yuyub aparmış olsun. Yəni artıq damlalığın ucu təmiz olsun, tozsuz olsun. 

Xəstə alt göz qağabını əli ilə aşağı çəkir, yuxarı baxır

Xəstə uzanmış və ya oturmuş vəziyyətdə xəstə, özü də əlini yumuş olur. Xəstə özü alt qapağı çəkir aşağı, gözüylə yuxarı baxır. Göz alması ilə alt qapağın arasında bir boşluq əmələ gəlmiş olur. Ətrafdakı adam damcını həmin boşluq sahəsinə damızdırır. 

Bir damcı yetərlidir. Gözümüzdə sadəcə bir damcıya Gözümüzdə sadəcə bir damcıya sadəcə bir damcıya yer var. Bəzən 3, 5, 10 damcı da tökülsə, onsuz da, gözümüzü yumduğumuz zaman bircə damcı qalır, yerdə qalan hamısı axıb gedir. 

Bəzən xəstələr:

“Doktor, dərman damızdırdıq, dərman damızdırılan kimi gözü sulandı bütün dərman yuyuldu getdi, nə eləyək? Təzədən bir də tökəkmi?”

Heç gərək yoxdur. Dərman dozası elə hesablanıb ki, bir damcının təması yetərli olur. Ordakı damarlar tərəfindən lazım olan dərman dozası sorulur. Yəni gözümüz sulanmış olsa belə, nigaran qalmasınlar. Dərman lazım gələn effekti verir. 

Əsas tövsiyə etdiyim, əməliyyat olan xəstə üçün tövsiyə etdiyim damcılatma metodu ən uyğunu budur. Bu şəkildə istifadə etmələrini tövsiyə edərəm. Gələcəkdə, inşallah bir başqa vaxtı ümumiyyətlə göz damcıları necə istifadə olunur əməliyyat üçün yox, normal göz damcıları. Onların növləri haqqında detallı məlumat verərəm. 

Amma katarakt əməliyyatlarında damcılarımızı bu şəkildə istifadə etməyimizi tövsiyə edirəm. 

Dərman soyuducuda saxlanır

Damcı damızdırıldıqdan sonra ağzı bağlanılır, sərin yerdə dondurucuların qapaq tərəfində. Həmişə pasiyentlərə deyirəm yumurta olan tərəflərdə, orada saxlayırlar. 

Dərmanı təkrar istifadə edərkən, mütləq ovuclarında təxminən 2 dəqiqə isidirlər, çalxalayırlar, ondan sonra gözə danışdırırlar. 

İki dərman arasında 5 dəqiqə vaxt keçir

Xəstəyə 2 dərman yazmışıq, birini damızdırdıq, ikincini nə vaxt damızdırmalıyıq? Birinci ilə ikincinin arasında orta hesabla 5 dəqiqə vaxtın olmağı kifayət edir. Hə, çox, bəlkə, özəl hal ola bilər. Xəstə harasa getməlidir, tələsir, 5 dəqiqə vaxtı yoxdur. Yəni daha qısa müddətdə də, 1 dəqiqə, 2 dəqiqə, 30 saniyə sonra da damızdırıla bilər. Amma tövsiyə olunan vaxt orta hesabla 3-5 dəqiqədir. Yəni Yəni iki dərman arasındakı vaxt iki dərman arasındakı vaxt 3-5 dəqiqədir. 

Dərmanlar reseptdəki ardıcıllıqla damızdırılır

Dərmanların damızdırılmasındakı ardıcıllıq necədir? Həmişə duru dərmanlar öncə damızdırılır, qatı dərmanlar suspenziyalar, daha sonra damızdırılır. Çünki düşünün ilk öncə qatı dərman damızdırmış olsaq, qatı dərman gözün səthində artıq bir nazik pərdə əmələ gətirmiş olur. Siz ikinci dərmanı, daha duru dərman töksəniz, o dərman heç vaxt gözə təmas etməyəcək və o sərtdəki pərdə imkan verməyəcək ki, dərman, ikinci dərmanımız göz tərəfdən sorulmuş olsun. 

Ona görə duru dərmanlar ki, biz həkimlər də resepti yazanda onu nəzərə alarıq. Üstdə, yuxarılarda duru dərmanlar yazılır, altda daha qatı dərmanlar yazılır. Ona görə deyirik həmişə reseptdə yazılan ardıcıllıqla istifadə etsinlər. Damcı istifadəmiz bu şəkildə.

Həblər su ilə içilir

Tabletka mütləq su ilə içilməlidir. Bəzi adamlar var: “Yox, mən öyrəşmişəm. Mən elə həmişəlik dərmanı susuz içirəm”. Heç tövsiyə olunan bir şey deyil. Niyə? İçdiyimiz dərmanların bəziləri o qədər də məsum deyil. Biz içdiyimiz zaman onlar gedib qida borusuna bir yerə yapışar, o yapışdıqca başlayır orada dərman açılmağa və həmin hissələrdə yara, xora, yanıq əmələ gətirə bilər. Ona görə nə olur olsun, ay “Mənim adətimdir, mən içmişəm indiyə qədər heç bir şey olmayıb” demək səhlənkarlıqdır. Mütləq su ilə istifadə olunmalıdır. Hə, özəl dərmanlar var ki, onlar su ilə deyil, südlə istifadə olunacaq. Onlar da, onsuz da, risk xəstələrə o qrup dərmanları yazanda əvvəlcədən xəbərdarlığımızı bildiririk. Dərman baxımından da dediyim kimi, mütləq dərmanlar su ilə içilməlidir.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir