İşin gedişatında, müşahidələrim əsasında bölüşmək istədiyim mövzulardan birini sizlə paylaşacağam. Əslində, bəlkə də gün ərzində ən çox narahat edən mövzulardan biridir məni. Bu mövzu nədir? Eynək, şüşələrinin dəyişdirilməsi.
Pasiyent gəldi, eynəyini yazdıq, daha çox da uşaqlarda bu baş verir… Çünki böyüklər ehtiyatlı, səliqəli saxlayırlar deyə, bunların problemləri olmur eynəklərlə. Bir eynək alırlar, 1 il-1,5 il onu istifadə edirlər. Amma uşaqlar çox hərəkətli olurlar.
Valideynlər də maddi olaraq zərərə girməməkdən ötrü… Neynirlər?
Əksər hallarda eynəyin çərçivəsi qırılır, amma şüşəsi səliqəlidir, təmizdir, çox da cızıq deyil. Şüşələrini təzə almışdılar və valideynlər çox rahatlıqla optikaya gedib, o əvvəlki çərçivədəki şüşəni çıxardıb yeni çərçivəyə taxdırırlar.
Yeni çərçivəyə taxdırınca da əlbəttə ki, onların forması eyni olmadığına görə məcbur optikada şüşənin sağını, solunu bir az yonturlar və məcburən, zorla yeni çərçivəyə taxırlar.
Belə olan hallarda şüşənin fokus nöqtəsi qaçmış olur. Valideyn elə fikirləşir ki, bəlli bir məbləğ – 30 manat, 60 manat, 40 manat qabağa düşdü. Amma onlar fikirləşmirlər ki, uşağa nə qədər zərər verdilər?!
Şüşələri ancaqa bir halda başqa çərçivəyə qoymaq olar
Ancaq bir halda çıxan şüşə başqa çərçivəyə taxıla bilər, əgər çərçivələrin kodları eynidirsə?! Eynəklərin hamısının qulplarının kənarında onların kodları var. Ancaq eyni kodlu çərçivəyə başqa bir eynəyin şüşəsi taxıla bilər. Əgər bunların kodları fərqlidirsə, bu əvvəlki eynəyin şüşəsi buraya taxılmamalıdır.
Valideynlərdən ən böyük xahişim budur. Onlar özlərini aldatmasınlar, uşaqlarını zərərə salmasınlar.
Problem nə olur?
Biz eynək yazırıq, pasiyentdən bəlli müddətdə 4 aya, 6 aya bir nəticələr gözləyirsən. Uşağın görməsi eynəklə 60% idi, “Heç olmasa, 80 faizə çıxar” deyirsən.
Uşaq eynəyi alır 6 aydan sonra gəlir, heç bir şey dəyişməyib. Hətta bəzən zəifləyib. 60% idi, 50 faizə belə düşüb. Şübhə içərisində araşdırıb öyrənirik ki, sən demə “Arada çərçivə qırıldı, bu şüşəni çıxartdıq, başqa bir çərçivəyə taxdıq”, – fokus nöqtəsi yerindən oynadı.
Fokus nöqtəsi nədir?
Şüşələr gələndə təxminən 65 mm, 70 mm diametrdə disk formasında gəlir. Bunların ən aydın, ən net göstərən yeri tam mərkəzidir. Fokus nöqtəsi ona deyirik.
Şüşənin əslində hər yeri göstərir, amma ən aydın göstərən yeri tam mərkəzidir.
Eynəkdə elə tənzim olunmalıdır ki, həmin şüşənin fokus nöqtəsi ilə, mərkəzindəki aydın nöqtəsi ilə pasiyentin bəbəyinin ortası üst-üstə düşsün. Əgər belə olarsa, o göz fəaliyyət göstərər, rahat işləyər, yorulmaz və istədiyimiz nəticəni əldə edərik.
Pasiyent gəlir. Baxırsan, görürsən ki, bəbək haradadır, şüşənin fokus nöqtəsi haradadır?! Hətta 1 sm fərqli yerdə aşağıda, sağda, solda olan eynəklər görürük.
Eynək yazırsan, xəstə eynəyi taxır, 1 həftə sonra şikayətlə gəlir ki:
– Doktor, bu eynək məni narahat eləyir, yoruluram.
Baxırıq ki, nömrədə problem yoxdur, həmin nömrədir, amma fokus nöqtəsi düzgün yerinə otuzdurulmayıb.
Optikada valideynlərə məlumat verməlidilər
İşin ən qəribə tərəfi də odur ki, valideynlər bu mövzunu bilməyə bilər, amma optikadakılar bu mövzuda valideynləri məlumatlandırmırlar. Və onlar da valideynlərin bu yanlışlarına ortaq olurlar. Biz əgər bu işin peşəkarıyıqsa… Valideyn çox şey istəyə bilər, amma xəstələr gəlir:
– Doktor, mən əməliyyat istəyirəm.
Mən, müayinə nəticəsində:
– Gözləriniz əməliyyata uyğun deyil. Siz əməliyyat olmamalısınız.
Məni ən çox narahat eləyən mövzulardan biri bu idi. Bu fikrimi sizlə bölüşmək istədim. Ümid edirəm diqqətə alarsınız və işləriniz yaxşı gedər.