Katarakta əməliyyatdan sonra xəstəyə necə qulluq etmək lazımdır?
Birincisi, istifadə olunacaq dərmanlar haqqında.
Əksər hallarda dərmanlarımızı 2 və ya 1 saatdan bir istifadə edirik.
Dərman istifadəsi damcını necə damızdırmaq lazımdır? Onun üçün bir ayrı yazımız olacaq. Damcıların istifadə qaydasını başa salırıq, qidalanması başa salınır və gözə qulluq.
Əməliyyat günü mümkün qədər gözə toxunulmamasının tərəfdarıyıq. Çünki əməliyyat sahəsinə əməliyyat vaxtı biz gözə 2 və ya 3 giriş etmiş oluruq. Həmin girişlərə biz kiçik girişlər olduğu üçün tikiş qoymamış oluruq. Amma buna baxmayaraq yenə də o girişlərlə bağlı problem yaşama ehtimalımız var. Əgər gözümüzü qorumasaq!
Gözü ovuşdurmaq qəti qadağandır!
Yatdığımız zaman diqqətli olacayıq, həmin tərəf üstümüzə yatmayacayıq! Ya arxası üstə yatırıq və ya digər göz, digər yanımız tərəfə yatırıq. Həmin tərəf üstə yatmamağa çalışırıq.
Dərmanları damızdıranda, mümkün qədər gözə toxunmadan sadəcə alt qapağı çəkib yuxarı baxırıq. Kimsə ətrafdakılar, kənardakılar, dərmanı bu şəkildə istifadə edirlər.
Dərmanlarımızı dediyim kimi, 1 saatdan və ya 2 saatdan bir damızdırırıq. Dərmanlar xəstə oyaq olduğu vaxt damızdırılır. Xəstə yatarkən yuxudan oyatmırıq dərman damızdırmaqdan ötrü.
Onun xaricində:
– Həmin günü televizora baxa bilərikmi, həmin günü telefonla məşğul ola bilərikmi?
Bəli, əgər özünüzü rahat hiss edirsinizsə, televizora baxmaq və ya telefonla məşğul olmaq əməliyyatınızın gedişatına və nəticəsinə heç bir təsir göstərməz.
Onsuz da, əməliyyat vaxtı biz sakitləşdiricilər istifadə edirik. Sizin sakitləşdirici istifadə etdiyinizə görə, istənilən halda tam rahat olduğunuza görə yuxunuz gələrsə, yatmağınızı tövsiyə edərik.
Çünki o periodu nə qədər çox yatsanız, əməliyyat sahəsi daha sürətli sağalmış olacaq və diskomfortlarınız: qamaşma, sulanma, qızartı daha sürətli şəkildə ortadan qalxmış olacaq.
Axşam yatarkən qeyd etdiyim kimi mümkün qədər diqqətli oluruq arxası üstə yatmağa, həmin gözün üzərində yatmamağa.
Onun xaricində bir də çox nadir halda, əgər narkoz olan xəstədirsə, onlar tualet ehtiyaclarını görməkdən ötrü ayağa qalxanda yanındakılardan xahiş edirik, mümkün qədər yanlarında olsunlar və ya dəstək olsunlar. Yəni qolundan tutsunlar. Çünki onlar özlərini rahat hiss eləyir, amma bir anda səndələmə ola bilər. Allah qorusun yıxılma ola bilər, başları bir yerə dəyə bilər. O, risklərdən qorunmaqdan ötrü yanlarında kimsə onları müşayiət etməklərini tövsiyə edirik.
Əməliyyat günü belə bunun xaricində xüsusi bir tələbimiz yoxdur.
Ağrıları çox olarsa, ağrıkəsici istifadə edəcəklər, bir.
Biz sidikqovucu veririk, həmin sildik qovucunu istifadə edəcəklər. Onun üçün yemək əvvəli və ya tox qarına fərq eləmir.
Deyilən qaydada səhərisi gün kontrola gəlinir.
Bir növbəti yazıda artıq katarakta əməliyyatının səhərisi günü haqqında məlumat verəcəyəm.