PRK (no touch) miyopiya astiqmatizim əməliyyatından sonra dəqiqsizlik hərifləri ikili görmə, yayınıq görmə hallari olurmu? Və yaxud bu sonradan keçib gedirmi? Və gözdə xırda nöqtə uçuşması yarana bilirmi? Bunlar bir müddətdən sonra keçirmi?
No-Toucha gələcəyəm…
Flebli cərrahiyyədə flebin qırışması/sürüşməsi
Ümumiyyətlə, Ekzimer Lazer əməliyyatlarından sonra dəqiqsizlik, ikili görmə, yayılmış görmə hadisəsi daha çox əslində flebli cərrahiyyələrdə – LASIK, Femto-LASIK və SMILE-da daha çox rast gələ bilirik. Bunlar da əksər hallarda flebin qırışmağına və ya sürüşməyinə bağlı ola bilər.
Əgər belə bir hadisə varsa, mütləq fleb səhmana salınır, öz normal vəziyyətinə repozisiya olunur. Onunla da keçib gedir. Yəni onu biz əməliyyatdan sonrakı müayinələrdə asanlıqla aşkar eliyə bilirik belə bir hadisəni.
Flebli cərrahiyyədə aseptik iltihab
İkinci hal ola bilər, yenə də flebli cərrahiyyələrdə yaş bir az yuxarı, 30 yaşın üstündəkilərdə bədənin əməliyyata vermiş olduğu reaksiya nəticəsində Diffuse Lamellar Keratopatiya – DLK dediyimiz bir hadisə. Aseptik iltihab, yəni bədən o lazerə reaksiya verir, orada yüngül bir ödəm əmələ gəlir. O ödəm nəticəsində görmə keyfiyyətimiz aşağı düşür. Bu DLK-larda da vaxt məsələni həll edir. Əlavə heç bir tədbir görməsək belə proses öz-özünə 3 aya, 4 aya toparlanır. Bəzi xəstələr narahat olurlar, bu narahatçılıqları onları üzməsin deyə yüngül kortzonlarla prosesi bir az da sürətləndirə bilirik.
PRK əməliyyatından sonra görmədə problemlər
Amma o ki qaldı PRK hadisəsində, yəni əməliyyat – “PRK, miop astiqmat olmuşuq…” Burada bir az durum fərqlidir. Əməliyyatdan sonrakı erkən dövrdə bu problemin hiss olunmağı və ya əməliyyatdan bir neçə aydan sonra bunun hiss olunmağı. Bu çox differensasiya edici mövzudur.
PRK əməliyyatından dərhal sonra görmədə problemlər
Bu şikayətlər əgər əməliyyatdan sonrakı qısa müddətdə – 3 gün, 5 gün, 1 həftə, 10 gün ərzində artıq pasiyent bunu hiss edirsə, bunun əsas səbəbi: desentrasiya. Nədən ola bilir? Əməliyyat vaxtı biz pasiyentə lazerdə ortada işıqlar var – hədəf işıqlar. Yaşıl işığa baxın, qırmızı işığa baxın, lazer işləyən vaxtı qırmızı işığı təqib eliyin…
O anda xəstə gözünü oynadarsa ki, əslində tracker sistemi təqib eləməlidir. Göz hərəkət eləsə də bəlli sərhədlərə qədər, bəlli limitlərə qədər göz hərəkət eləsə də lazer onu təqib eləyir, amma çox nadir halda bəzən olur olmuş olar bəbək çox daralar və ya çox genələr tracker sistemi gözü tutmaya bilər. Və ya əvvəlcədən tracker sistemi inactive edilmiş ola bilər alətdə. Belə bir desentrasiya hadisəsi olur. O ilk andan hiss olunur.
Artıq xəstə ilk günlərdən onu şikayət olaraq deyir və bunu həkim topoqrafiyanı təkrarlamaqla çox asanlıqla qərar verə bilir. Topoqrafiya elədik, desentrasiya olub, xəstənin bu şikayətləri buna bağlıdır.
Bəzən çox cüzi yayınmalar olur. O çox cüzi yayınmanı bir neçə aya bədən özü tolerə eləyir, beyin onu tolerə eliyə bilir. Bilirsən ki, bunu bədən qaldıra biləcək. Yenə də orada xəstənin psixoloji durumuna görə dəyişir.
Yox əgər çox kəskin aberrasiyalar əmələ gəlibsə, ciddi bir dissentrasiya varsa, bunlarda təkrar “topoguided” təkrar bir əməliyyata ehtiyac olur, nahamarlığı, mərkəzdən qaçmanı toparlamaq üçün ikinci bir əməliyyata ehtiyac ola bilər.
PRK əməliyyatından bir müddət sonra görmədə problemlər
Yox, əgər proses “Əvvəllər yaxşı idim, bir neçə həftədən sonra bu problemlərim ortaya çıxdı” deyirlərsə, əksər hallarda burada “haze” – yəni bizim PRK-larda ikinci xoşumuz gəlməyən, narahat olduğumuz nöqtə əməliyyatdan bir müddətdən sonra buynuz qışada səthi bulanmalar əmələ gələ bilir. Onun elmi adı “haze” – “haze”dən dolayı görmənin keyfiyyəti, ikili görmə, dumanlı görmə, yayılmış görmə ortaya çıxır və “haze”in qradasiyasına görə, dərəcəsinə görə problemin qabarıqlığı ortaya çıxır.
Əgər belə bir mövzu olarsa da, yenə də onu əlbəttə ki, həkim biomikroskopla asanlıqla onu təyin edə bilir və “haze”in erkən dövrdə müalicəsinə başlamaqla tamamilə həll oluna bilər. Yəni istənilən halda istər birinci variant – desentrasiya, istər ikinci variant – “haze”, problem həll ola biləndir.
PRK əməliyyatından sonra uçuşan “qara nöqtələr”
O ki, qaldı sualın axırında uçan qara ləkələr və ya “qara nöqtələr” onların bu əməliyyatla əlaqəsi yoxdur. Uçan qara nöqtələri əksər hallarda şüşəbənzər cisimdə olur, ya əməliyyatdan əvvəl də olub və yaxud da ki, hal-hazırda nəsə bir orqanizmdə bir problem yaşayıb ona bağlı olub.
Yenə də PRK-da olmaz… LASIK-də çox nadir halda, çox-çox nadir halda flebin altında debritlər qala bilir, o verə bilir, Amma LASIK-də, PRK üçün yox. Əsla!
Yəni, uçan nöqtələrin əməliyyatla əlaqəsi yoxdur.
Şüşəyəbənzər cisimdə də… Burada bir şey də deyim. Nə olur? Xəstələr ümumiyyətlə zəif görən olurlar. Tutaq ki, xəstə 2% görür, -4 nömrə var, heç vaxt eynək taxmayıb. Yaxşı görmədiyinə görə o nöqtələrin, uçan nöqtələrin fərqinə varmırlar, hiss eləmirlər. Əməliyyat eləyəndən sonra görmələri aydınlaşır, şəffaflaşır, ondan sonra nöqtələri daha bariz görməyə başlayırlar.
Və əksər hallarda 6 ay içərisində bu uçan qara nöqtələr xəstələri narahat etməməyə başlayır. Yəni 6 ay içərisində orqanizm, beyin, göz buna alışır, öyrəşir.
Yəni uçan nöqtələri əməliyyata bağlamırıq, əməliyyatla əlaqəsi yoxdur. Digər problemlər də, həkimləri həll eləyə biləcək, narahat olmasınlar. Kontrolları gecikdirməsinlər. Həkim nə deyir, ona qulaq assınlar. Həll olunacaq inşallah.