Yumşaq və sərt kontakt linzalar

Bir əvvəlki yazımızda yumşaq və sərt linzalar haqqında məlumat vermişdik və onu 2 yerə bölmüşdük. Yumşaq və sərt linzalar həm katarakta cərrahiyyəsində istifadə olunan linzalara aid oluna bilər, həm də kontakt linzalara. Yəni görməni korreksiya etmək üçün istifadə olunan linzalara şamil oluna bilər. Yəni kontakt linzaların da iki ana qrupu var: yumşaq və sərt.

Yumşaq kontakt linzalar fərqli materiallardan istehsal olunub. Onlar yenə silikon törəmələridir. Görmənin korreksiyası üçün eynək korreksiyasına alternativ olan bir korreksiya növüdür.

Düzdür, hal-hazırda gənclər… Bəzilərinə kompleks mövzusu, bəzilərinə komfort mövzusuna görə kontakt linzalara daha çox meyl edirlər.

Kontakt linzalar həm dioptriyanı, yəni gözdəki mənfi və müsbət dərəcələri korreksiya edir. Həm də torikləri var, bəzən astiqmatları da korreksiya edə bilirlər.

Amma yumşaq kontakt linzaların astiqmatizmi korreksiya etmə intervalı, potensialı daha azdır. Orta hesabla 2,25 və ya maksimum 2,5 dioptriya qədər astiqmatizmi “tolere” eləyə bilir toriklər. 

Amma sərt kontakt linzalar isə astiqmatizmi yüksək olan gözlər üçün və keratokonuslu gözlər üçün planlaşdırılırdı.

Daha əvvəllər RGP dediyimiz “Rigid Gas Permeable” lenslər (sərt qaz keçirən lenslər)  keratokonuslu xəstələrin korreksiyasında istifadə olunurdu. Amma bu RGP lenslər buynuz qişanın bir başa səthinə toxunduğu üçün, oraya oturduğu üçün buynuz qişanın həm relyef problemini əmələ gətirir, həm də buynuz qişada mikrotravmalar, mikrozədələr əmələ gətirir. Və keratokonuslu gözlərdə daha da buynuz qişanın zədələnməsinə səbəb olurdu. Ona görə son bir neçə ildir artıq keratokonuslu xəstələr üçün artıq RGP lenslər istifadə olunmur. Keratokonuslu xəstələrin istifadə edə biləcəyi hibrid lenslər artıq istehsal olunur və skleral lenslər.

Bu hibrid lenslərin özəlliyi: mərkəzi hissəsi yenə sərtdir və ətrafında ətəyi var onun. Buynuz qişanın deyil də, skleranın üstünə oturur. Yekunda həmin o sərt təbəqə, ideal görüntü təmin eləyən təbəqə buynuz qişaya toxunmadan buynuz qişanın səthində qalır, bir neçə volt yüksəklikdə qalır. Həmin onun altından da göz yaşı dövran eləyərək buynuz qişanın qidalanmağını təmin edir. Və beləliklə buynuz qişa heç bir zədələnməyə məruz qalmadan illərlə bu linzanı istifadə edə bilirlər.

Və keratokonus xəstələri və ya yüksək astiqmatlı xəstələr bu linzalardan çox razı və məmnun qalırlar. Xəstələrdə diskomfort hissi olmur, buynuz qişanın qidalanma problemi olmur, buynuz qisanın relyef problemi olmur.

Normal, yumşaq kontakt linzalarda isə, onların deka əmsalı, oksigen keçici əmsalı, nə qədər yüksək olmuş olsa belə, yenə də uzun müddət yumşaq kontakt linza istifadə edənlərdə buynuz qişanın relyef problemi ortaya çıxır və həm də buynuz qişanı aşındırır və zamanla buynuz qışada həm qidasızlıq, həm də aşınma səbəbi ilə buynuz qişanın qalınlığı nazikləşir. Yəni paximetrik göstəricilərimiz azalır.

Bu niyə önəmlidir?

2 mövzudan dolayı. Əgər xəstə hal-hazırda qərar verilir, kontakt linza istifadə etdi. Bir neçə ildən sonra fikrini dəyişdirdi, “Artıq mən kontakt linza istifadə etmək istəmirəm. Hal-hazırda mən narahat edir və mən artıq əməliyyat olmaq istəyirəm” mövzusu açılarsa, bəzən problemlə qarşılaşırıq.

1-ci problem buynuz qişanın relyefi pozulduğu üçün əməliyyat mövzusu şübhəli hala düşür. 2-cisi buynuz qişanın qalınlığını nazikləşdirdiyi üçün yenə də əməliyyat mövzusu şübhə altına girir.

Yəni bir insan komfort üçün kontakt linzaya başlayıbsa və gələcəkdə də əməliyyat olunma ehtimalı varsa, bizim tövsiyəmiz mümkün qədər kontakt linza istifadəsini azaltsınlar. Kontakt linza istifadəsi gələcəkdə bizim eksimer lazer olunma potensialımızı aşağı salır.

One thought on “Yumşaq və sərt kontakt linzalar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir