Eksimer lazerdən sonra: Qamaşma və işıq əks olunmaları

Eksimer lazerdən sonra: 2) Qamaşma və işıq əks olunmaları

Bu videomuzda yenə də Eksimer Lazer əməliyyatından sonra gözləmədiyimiz nəticələr: əməliyyatdan sonrakı dövrdə qamaşma və işıq yayılmaları (işığın əks olunması).

Əməliyyat buynuz qışada – gözün qarasının üstündə icra olunur və əməliyyat sahəsini orta hesabla 6 mm – 6.5 mm – 7 mm götürürük. Buynuz qişanın diametri isə 10, 11, 12 mm qədər individual olaraq dəyişə bilir.

Əgər bəbək ölçüləri gendirsə, tutaq, qaranlıq vaxtı bəbəyin diametri daha gen olursa, bu qamaşma şikayətləri daha çox olur. Xəstələrin əksəriyyətində bir neçə müddət belə qamaşma şikayəti olur. Normal halda 1 aya bu keçir, bu şikayətlər keçir, gedir.

Qara gözlülərdə daha az qamaşma olur

Xüsusilə də, axşamlar qarşıdan düşən işıq və yaxud da ki, avtomobilin işığı və yaxud da ki, küçədəki aydınlatma fənərlərin işığı… Amma bəzi hallarda bu uzana bilir, bir neçə aya qədər, hətta 6 aya qədər uzana bilir.

Kimlərdə daha çox olur? 

  • Bir –  gözün dərəcəsi yüksək olanlarda. 
    Məsələn, -2, -3 dioptriya, əməliyyat öncəsi refraktiv qüsur olan xəstələrdə bu, çox nadir rast gəlinir. -8, -9 və ya astiqmatı çox olanlarda bu daha çox rast gəlinir.
  • İkinci – buynuz qişanın rəngi açıq olan insanlarda daha çox rast gəlinir.
  • Üçüncü – psixoloji gərgin insanlarda, emosional, həssas olan insanlarda bu adaptasiya periodu çox uzanır.
  • Dördüncü – gözündə quruluğu olan insanlarda bu proses çox uzanmış olur.

Narahatlıq prosesi daha da uzadır

Amma yekunda yenə də qeyd edim: Mən Azərbaycanda kifayət qədər bu işlə məşğul olub və kifayət qədər təcrübəyə sahib olan bir adam olduğum üçün, mütəxəssis olduğum üçün bu mövzuları belə rahatlıqla danışa bilirəm. Hələ indiyə qədər bu şikayətləri qalıcı olan pasiyentlər olmayıb. Ən geci 6 aya keçir. 

Az öncə də qeyd etdiyim kimi, ortalama biz bu prosesin keçməsi üçün 1 ay planlaşdırırıq. Amma çox nadir hallarda 6 aya qədər uzana bilir və yekunda bu keçir, gedir. Buna görə də narahat olmasınlar.

Əgər kimdəsə belə bir proses olarsa, panikləməsinlər. Çünki panikləyincə, yekunda bunlara adaptasiya edən beyindir, beyin daha da gərginləşir və müddət daha da uzanır. Yəni o panik bizim lehimizə işləmir, əleyhimizə işləyir, proses daha da uzanır.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir