Eksimer lazerdən sonra Fokusun itməsi və dumanlı görmə

Eksimer lazerdən sonra 6) Fokusun itməsi və dumanlı görmə

Yenə də “Eksimer lazer əməliyyatından sonra gözləmədiyimiz nəticələr.” Bunlardan bir dənəsi də, hətta ikisini birləşdirəcəyəm həm fokusun itməsi, həm də görmənin dalğalanması, yəni dumanlı görmə.

Pasiyentlər bəzən gəlir: “Doktor, hər şey yaxşıdır, heç bir problem yoxdur. Amma niyə isə istər yaxında olsun, istər uzaqda olsun bir obyektə baxanda, fokuslayanda vaxt lazım olur. Yəni baxdığım anda görüntü olmur. Görüntünün olması üçün bir az, bir neçə müddət – bir saniyəmi, saniyə yarım bir az daha fokuslama, zumlama ehtiyacı hiss edirəm” deyirlər.

Və ikinci hal: “Doktor, hər şey qaydasındadır, problem yoxdur. Amma bəzən görüntü dumanlanır. Eyni obyekt – bir baxıram yaxşı görərəm, bir baxıram pis görürəm.”

Göz məlumatı beyinə ötürən bir kameradır

Bizim gözümüz kameradır. O kamera informasiyanı ötürür beyinə, analiz edən beyindir. Fokuslanmaq və ya fokusun itməsi və arada dumanlı görmə – bu, tamamən psixoloji, emosional gərginliyə bağlı bir haldır.

Kimlərdə daha çox olur? Emosional həssas olan insanlarda, yuxu problemi olan insanlarda, gündəlik gərgin işlə məşğul olanlarda, evdə azyaşlı uşaqları olan valideynlərdə, istər ata, istər ana, daha çox analarda.

Beyin yorğunluqdan irəli gələn fokuslana bilməmək və görmənin dalğalanması, yəni görmənin dumanlanması qısa müddətli… Bunlar zamanla bir balaca istirahət etdikləri vaxt və yaxud da ki, bir balaca yüklərini, psixoloji gərginliklərini ortadan qaldırdıqları vaxt bir neçə aya tamamən ortadan qalxır. Əməliyyatdan sonrakı erkən dönəmdə daha çox rast gəlirik, bu ilk 1 ayın içərisində bu şikayətlərlə gəlirlər pasiyentlər.

Adaptasiya, adətən, 1 ay çəkir

Yenə də individualdır. Ola bilər indi biz 1 ay deyirik, kimdesə bu 2 ay çəkə bilər və ya maksimum 3 ay çəkə bilər. Hələ indiyə qədər 3 ay çəkəni belə görmədim. Yəni qısa müddətli onlar keçir, gedir.

Bir dənə bir nüans var. Biz əməliyyat vaxtı buynuz qişanın profilini dəyişdiririk. Profil dəyişincə düşən işıqların sınma bucağı, sınma dərəcəsi dəyişir. İnformasiya “fərqli dildə” gəlir. İndiyə qədər alışdığımızın xaricində “yeni bir dildə” gəlir.

Yeni hala adaptasiya beyin etməlidir. Beyin də gərək rahat olsun ki, o hala adaptasiya etsin. Beyin gərgin olanda o adaptasiya prosesi ləngiyir və uzana bilir. Maksimum 3 aya bu şikayətləri də tamamən ortadan qalxır.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir