eksimer lazer emeliyyatinden sonra pasiyentde hessasliq

Eksimer lazer əməliyyatlarından sonra pasiyentlərdə həssaslıq

“Eksimer lazer əməliyyatlarından sonra pasiyentlərdə həssaslıq” belə bir şey deyək adını.

Hər halda əməliyyatdan sonra:

  1. Görürlər. Bir şeylər… Yəni, arzuladıqları bir şey əllərinə çatıb, amma bir qorxu içərisində olurlar: “Görəsən, bu gedərmi? Görəsən, bu itərmi?”
  2. Və ya bəzən də “Hə, bundan daha yaxşı da ola bilərdimi?”

Belə bir gərginlik olur bəzi pasiyentlərdə. Bu gərginlik istər-istəməz onların psixoloji halına təsir edir və bəziləri otururlar saatlarla güzgünün qabağında gözlərini: 

– “Ay Doktor, burada bu var, ay doktor…” 

Belə şeylər müşahidə edirlər ki, mikroskopla biz onları ancaq görə bilirik. 

– “Doktor, burada gözümün burasında bir qara var. Əməliyyatdan sonramı əmələ gəlib?” 

Xaldır, misal üçün. Mümkün deyil əməliyyatdan sonra əmələ gəlsin. 

– “Ay Doktor, axı əməliyyatdan əvvəl görməmişdim.” 

Əməliyyatdan əvvəl bu qədər incələmirdin, indi oturub saatlarla güzgünün qabağında, işıqları da yandırırlar. Telefon işığını… Hətta bəziləri telefona şəkil çəkir, böyüdür, o şəkildə baxırlar.

Bu gərginlik olur. 

Bu gərginliyi normal qarşılayırıq, anlayışla qarşılayırıq. Amma tövsiyəm imkan daxilində o sağalma periodu, yəni adaptasiya – əməliyyatdan sonrakı, yeni həyata adaptasiya periodu mümkün qədər tövsiyəmiz vasvasılıq etməsinlər və ya hər şeyə: “Bu niyə belə oldu? Oranı belə gördüm, buranı belə gördüm…”

Bəli, haqlısınız, amma bunların hamısı keçəcək. Adaptasiya periodu ona görə deyirik. Bu periodda ola biləcək xırda-para şeylər var, onları böyütməmək lazımdır, zamanla onların hamısı keçəcək.

Xəstə: 

– “Doktor, yaxını çox bərbat görürəm”. 

Hə, demişdik keçəcək, səbirli ol. 

– “Yox, axı niyə belədir?” 

Uzanır artıq söhbət. Əgər çox gərginləşdikmi adaptasiya periodu uzanır.

Tövsiyəmiz mümkün qədər çox ciddiyə almasınlar. Vaxtaşırı kontrollarına gəlsinlər. Həqiqətən, problemli bir hadisə varsa, o kontrollarda həkim, onsuz da, müəyyən edəcək. Kontrollarda əgər həkim patologiya, narahatçılıq aşkar etməyibsə, məncə, pasiyentlər orada xırda-para… “Doktor, arada gözüm qızarır. Doktor, arada gözüm batır. Doktor, arada gözümün foksu qaçır.” Bunların hamısı zamanla keçib gedəcək şeylərdir. Diqqət etməmələrini, əhəmiyyət verməmələrini tövsiyə edirik. Əhəmiyyət vermədikcə də doğrudan da daha sürətli keçir o problemlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir