“Eksimer lazerin nəticələrinə, hətta effektivliyinə və nəticələrinə nə qədər güvənmək olar?”
Eksimer lazer illərdir tibbdə istifadə olunur refraktiv qüsurların düzəldilməsi üçün və əvvəlki yazılarımızda da qeyd etmişdik, hər il milyonlarla insan bu lazerdən istifadə edir. Əlbəttə ki, illər keçdikcə biz arxaya dönüb görülən işlərin nəticələri haqqında analiz edirik.
Eksimer lazerin, şəxsən mənim 22 illik bir təcrübəm var və indiyə qədər əminliklə deyə bilərəm ki, əldə etdiyimiz nəticələrin 98% stabilliyi vardır. Yəni 18 il, 20 il bundan əvvəl əməliyyat etdiyimiz xəstələrdə, şükür Allaha, hələ də istədiyimiz ideal görmə ilə görüntülərə davam edir və refraktiv bir qüsura bağlı hələ də problem yaşamırlar.
Məqalələr olaraq araşdırdıqda da hal-hazırda əməliyyatın nəticəsi haqqında, uzaq müddətdəki nəticəsi haqqında neqativ bir məlumata rast gəlmirik.
Eksimer lazer dünyadakı ən proqnozlaşdırıla bilinən əməliyyatdır
Güvənilirliyi haqqında 2-ci bir mövzu: Eksimer lazer dünyadakı ən proqnozlaşdırıla bilinən bir əməliyyatdır. Yəni biz əməliyyatdan öncə xəstələrimizə əməliyyatın modelini göstəririk: “Bax, əməliyyatdan sonra belə görəcəksiniz” və birə-bir, 99,9% göstərdiyimiz şəkildə nəticə ilə qarşılaşırıq. Bu əməliyyatın “predictable”liyi, yəni uzun müddətdə proqnozlaşdırıla bilinməsidir. Əməliyyat olunmadan öncə artıq biz bilirik ki, pasiyent əməliyyatdan sonra 80% görəcək, 90% görəcək və bu nəticələr əksər hallarda, 98% halda qalıcı olur.
Bu dediyim məlumatlar əsasında, əlbəttə ki, əməliyyatın nəticələrinə güvənilə bilər və əldə olunan nəticələr 98% etibarı ilə ömürlərinin axırına qədər qalıcı olur.