Bəzi pasiyentlər var ki, diaqnoz qoyulub, əməliyyat tövsiyə olunub, amma xəstə əməliyyat olunmağı gecikdirir, uzadır. Məsələ nədir? “Əməliyyatdan qorxuram.” Ona görə bu mövzunu yazmaq istədim.
Cross link əməliyyatı əslində qorxulu bir əməliyyat deyil. Yorucu və ya ağrılı bir əməliyyat da deyil.
Əməliyyatın gedişatı: əməliyyat öncəsi təxminən 10-15 dəqiqə əvvəlcədən bir keyləşdirici, ağrıkəsici damcı damızdırılır, ondan sonra bəbək daraldıcı dərman damızdırırıq. Çünki əməliyyat vaxtı ultrabənövşəyi şüalar istifadə edirik.
Düzdür, istifadə olunan ultrabənövşəyi şüanın dozası o qədər azdır ki, torlu qişaya toksiki təsir göstərəcək dozadan 144 dəfə daha aşağı bir dozadır. Yəni bu şüaların torlu qişaya zərər vermə ehtimalı yoxdur. Amma hər ehtimala qarşı yenə də biz bəbək daraldıcı dərmanlarla bəbəyi daraldıb, şüanın göz dibinə getməyini minimuma endiririk.
Daha sonra əməliyyatın gedişatında buynuz qişanın epitel qatı qaşınır. Əslində metodlar çoxdur, amma iki ana metodu var: “Epitel on” / “epitel off” dediyimiz.
“Epitel on” – epitel qatına toxunulmur, xüsusi epitel qatına keçən dərmanlar istifadə olunur. O dərmanlar stromaya, buynuz qişanın daha dərin qatlarına hopur və əməliyyat elə icra olunur. Amma “epitel off” dediyimiz qatda epiteli qaşıyırıq, təmizləyirik və dərman damızdırırıq.
“Epitel on” və “epitel off”un müsbət-mənfi tərəfləri
Bu epitel qatı bizim mühafizə qatımızdır, sinir hüceyrələrinin üstünü örtən qatdır. O qatı biz qaşıyınca sinir hüceyrələrinin üstü açılır və gözlər daha həssas olur, o epitel qatı əmələ gələnə qədər. Epitel qatı çox sürətli regenerasiya olan qatdır. Yəni iki günə, iki gün yarıma, maksimum üç günə tamamən bərpa olunmuş olur. O 2-3 gün ərzində sinir hüceyrələrinin səthi açıq olduğuna görə xəstələrdə ağrı, qamaşma, qızartı, sulanma şikayətləri olur.
“Epitel on”da isə o şikayətlər minimuma enir. Yəni təxminən 90% daha az şikayətlər olur: qıcıqlanma, qamaşma, sulanma şikayəti. Amma “epitel off”larda, yəni epitel qatı qaşımış olarsaq, riboflavin – tökdüyümüz, damlatdığımız damcılar buynuz qişanın daha dərin qatlarına qədər hopmuş olur.
O damcıları biz niyə istifadə edirik?
Əslində, işin mahiyyətini anlatmaq istəyirəm. İşi görən ultrabənövşəyi şüalardır. Ultrabənövşəyi şüanın toxumaya təsir etməsi üçün toxumada bir şeylə rultrabənöşəyi şüanı çəkib özündə saxlamalıdır. Buynuz qişa çox şəffaf toxuma olduğuna görə ultrabənövşəyi şüa normalda buynuz qişanı keçir. Yəni buyuz qişada dayanmır, qalmır, penetrasiya olunmur, əmilmir buynuz qişa tərəfindən. Ona görə biz buynuz qişaya xüsusi dərmanlar hopdururuq ki, həmin dərmanlar ultrabənövşəyi şüanı tutsun, özündə saxlasın ki, ultrabənövşəyi şüa orada oksidləşmə prosesi icra olunsun. Yəni sərtləşmə hadisəsi getsin.
Buynuz qişa dərmanla nə qədər dolmuş olarsa, hopdurulmuş olarsa, əməliyyat o qədər daha effektiv olur. Ona görə əvvəllər “epi-on” istifadə edirdiksə, daha sonralar “epi-on”larda istədiyimiz qədər effekti əldə etmədik və artıq biz standart olaraqbiz klinikamızda hal-hazırda “epi-off” olaraq işləyirik. Yəni epitel qatı tamamən təmizlənir.
Avedro cihazı istifadə edirik
Bizim işlətdiyimiz alət dünyada yeganə FDA tərəfindən təsdiq olunmuş tək cihazdır: Avedro cihazını istifadə edirik. Azərbaycanda artıq 6-7 ildən çoxdur ki, biz bu cihazı istifadə edirik. Hələ ki, bir tək bizim klinikada var.
Bu cihazın üstün tərəfi odur ki, özü-özünü kalibirasiya edir. Yəni kənardan biz ona müdaxilə edə bilmirik və alətin əməliyyat vaxtıi stifadə etdiyimiz bütün məhsulları alət özü nəzarət edir. Yəni onların barkodlarını oxudub bundan sonra istifadə edirik. Yəni barkodu oxudulmayan, konturu tanıdılmayan məhsulu alət qəbul etmir, işlətmir. Və əməliyyatın tamamən gedişatına alət özü cavabdehlik daşıyır.
Dərman hopdurulması
Dərman hopdurulma müddəti də yenə dəyişə bilir. Biz “epi-off” işlədiyimizə görə təxminən 10 dəqiqə yetərli olur. 10 dəqiqə müddətində dərman hopdurulur, 10 dəqiqədən sonra isə ultrabənövşəyi şüalar instalyasiya olunur həmin buynuz qişanın səthinə. Yenə də o buynuz qişaya veriləcək ultrabənöşəyi şüanın miqdarında, dozasında bu alət dəyişdirilə bilən dozalarda ayarlana bilir. Ona görə istədiyimiz dozada, xəstəliyin gedişatından asılı olaraq, xəstəliyin mərhələsindən asılı olaraq dozanı biz özümüz təyin edə bilirik.
Ultrabənövşəyi şua
Orta hesabla bizimki “pulse therapy” dediyimiz saniyələr, bir saniyə UV şüalanma – bir saniyə fasilə, bu şəkildə 8 dəqiqəlik bir period keçir. Yəni əməliyyatın gedişatı 18 dəqiqə tamamən ağrısız.
Əməliyyatdan sonra buynuz qişanın səthinə kontakt linza qoyuruq. Kontakt linzanın altında sağalma gedir təxminən iki gün yarım, üç gün müddətində. Buynuz qişanın epiteli tam əmələ gələndən sonra kontakt linzanı çıxardırıq. 2 həftə müddətində həm dumanlı görmə olur, həm də işıqdan qamaşmalar olur. 2 həftə içərisində bu şikayətləri keçmiş olur.
Başqa yazılarda da qeyd etdiyimiz kimi, təxminən 8 həftəyə yaxın nisbətən dumanlı görmələr olur. Amma 2 həftədən sonra normal işlərinə davam edə bilirlər. Bəzi xəstələr dərsə görə narahatlıqlar: “Doktor, biz əməliyyatı olsaq, dərs oxuya bilməyəcəyik,” ya “İmtahana hazırlaşırıq”. Pasiyentlərimin əksəriyyəti gənc olduğuna görə…
Əməliyyat vaxtı heç ağrı olmur. Əməliyyatdan yarım saat sonra ağrıları başlayır. Ağrılar da 2 gün yarım – 3 gün çəkir. Yəni 2 gün yarım, 3 gün sonra normal işlərinə, güclərinə, dərslərinə, kompüter, telefona davam edə bilirlər.
Salam deyilənə görə cross linking əməliyyatından sonra əməliyyat olmuş şəxslər uzun bir müddət bulanıq görür soruşmaq istərdim ki bu nə dərəcə doğrudur. Və ikinci bir sualım daha var ki bu əməliyyatı icbari tibbi sığorta qarşlayır yoxsa öz büdcəmiz hesabına qarşılamalıyıq
Salam. Bəli, Cross Linking əməliyyatı sonrası yüngül dumanlı görmə olur.