eynek-taxan-hekimler-eksimer-lazer

Eksimer lazer yaxşı olsa idi, elə həkimlər özləri edərdi

Salam, hər vaxtınız xeyir olsun. Bu gün maraqlı bir mövzu ilə qarşınıza gəldim. Deməli, mövzumuz populyar bir mövzudur: “Doktor, elə bu əməliyyat (eksimer lazerlə əlaqədar) bu əməliyyat yaxşı şey olsaydı, həkimlər özləri əməliyyat etmiş olardılar.”

Mən 22 ildir bu əməliyyatı icra edirəm. 23 mindən çox Azərbaycanda əməliyyat olunmuş pasiyentim var. 

“Niyə eynək taxırsan, əməliyyat olmursan?” deyə bilmərik

Birincisi, bu əməliyyat komfort üçün olunan bir əməliyyat olduğuna görə seçim haqqıdır. Yəni biz kiməsə: “Niyə eynək taxırsan, əməliyyat olmursan?” deyə bilmərik. Kimisi eynək taxmağa əhəmiyyət verər, eynəyinə davam edər, kimisi eynək taxmaq istəməz, əməliyyatını olar.

Yəni əgər bir insan eynək taxırsa, bizim onu qınamağa haqqımız yoxdur, o onun seçim haqqıdır. Və ya birisi əməliyyat olursa, onu da qınamağa haqqımız yoxdur, o da onun seçim haqqıdır. Necə ki, birisi yaşıl rəngdə pencək geyinir, birisi tünd rəngdə pencək geyinir, “Sən niyə bu rəngdə pencək geyinmisən?” demədiyimiz kimi.

Amma işin digər tərəfi – 2 maraqlı mövzu var. 

Hər eynək taxan eksimer lazer əməliyyatı oluna bilmir

Birincisi, “Bütün eynək taxan insanlar eksimer lazer ola biləcək” deyə bir qanun yoxdur. Yenə də, əlbəttə ki, əməliyyatdan öncə müayinələr var. Müayinələrin nəticəsinə, əsasən, “Bu xəstə əməliyyat ola bilər, yoxsa əməliyyat ola bilməz?” qərarını veririk.

Elə pasiyentlər var ki, eynək taxırlar. Əməliyyat olmaq üçün müraciət edirlər… Hətta əvvəllər biz ilk dövrlərdə əməliyyat üçün müraciət edən 10 xəstədən ikisini əməliyyat edə bilirdik. İndi, hal-hazırda tərsinədir. Texnologiya çox inkişaf etdiyinə görə o vaxt üçün əks göstəriş olan xəstələr artıq göstərişlərin içərisinə daxil oldu və əməliyyat üçün müraciət edən 10 xəstədən səkkizini əməliyyat edirik. Amma 2 nəfəri fərqli parametrlərində problem olduğuna görə əməliyyat əks göstəriş olur, əməliyyat edə bilmirik. Birincisi bu… 

Biz əməliyyat olunanları yox, eynək taxanları görürük

İkinci tərəf pasiyentlər, əlbəttə ki, eynək taxan insanları görürlər. Daha öncə eynək taxıb, indi eynəkdən azad olanları görmürlər ki. Mən həkim olaraq başdakı dediyim o 22 illik təcrübəmdə ildə ən azı 30 həkimə eksimer lazer əməliyyatı icra edirəm. Yəni o pasiyentlərə demək istəyirəm ki, “Yaxşı şey olsa idi, göz həkimləri və ya həkimlər elə əməliyyat olardı” – bu, doğru bir məntiq deyil. Həkimlər də əməliyyat olur və əlbəttə ki, başqa insanlard necə həkimlərdə də o şəkildə gözəl nəticələrimizi əldə edirik. Sadəcə onlar əməliyyat olunmuş həkimləri görmürlər, əməliyyat olmamış, hələ də eynək taxan həkimləri görürlər deyə belə bir fikir yürüdürlər.

Eksimer lazer təhlükəsizdir, könül rahatlığı ilə həkimlərinə müraciət edib əməliyyatlarını ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir