agirliq-qaldirmaq-eksimer-lazere-tesiri

Eksimer lazer və ağırlıq qaldırmaq

Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizə: “Ağırlıq qaldırmanın Eksimer lazer əməliyyatının nəticələrinə təsiri.”

Haradan çıxdı bu mövzu? Bəzi pasiyentlər gəlir: “Doktor, mən eynək taxmaqdan əziyyət çəkirəm, eynək taxmaq istəmirəm” və ya “Kontakt linza geyinmək istəmirəm. Əməliyyat olmalıyam, amma əməliyyat mövzusunda da problem var. Çünki mən ağır işlə məşğulam.” Və ya xanımdır: “Gələcəkdə ağırlıq qaldırmaq olmaz deyiblər, gələcəkdə hamilə olaram uşaqlar olar, uşaqları qaldırmaq, onlara xidmət eləmək. Ona görə hal-hazırda əməliyyat eləməyi düşünmürəm.” 

Belə bir fikirləri olur. Bu fikirlərdən ortaya çıxıb belə bir mövzunu danışmaq qərarına gəldim.

Əminliklə deyə bilərəm ki, ağırlıq qaldırmanın Eksimer lazer əməliyyatının nəticələrinə heç bir təsiri yoxdur. Nə mənfi, nə müsbət.

Ümumiyyətlə, gözə ağırlıq qaldırmanın sadəcə retina üzərində təsiri olur. Əgər bir insanın torlu qişasında problemi varsa və bu problem ağırlıq qaldırmaqla provokasiya olunarsa, həkim tərəfindən xəstəyə xəbərdarlıq edilir. 10, 15 və ya 20 kilodan ağır yük qaldırmayın deyə.

Amma Eksimer lazer əməliyyatı ilə ağırlıq qaldırmaq: “Əməliyyat oldunuz ağırlıq qaldırmayın!” belə bir mövzu günümüzdə aktual deyil. Yəni ağırlıq qaldırmanın Eksimer lazer əməliyyatının nəticələrinə mənfi və ya müsbət heç bir təsiri yoxdur.

Bu pasiyentlərə də buradan, bu video vasitəsi ilə səslənmək istəyirəm ki, əgər ağlınızdan əməliyyat olmağı keçirirsinizsə, ağırlıq qaldırmaq mövzusuna görə ilişib qalmasınlar. Rahatlıqla əməliyyatlarını olsunlar. Gələcəkdə ağırlıq qaldırmaqla bağlı gözlə, görmək faizi ilə, görmə itiliyi ilə bağlı heç bir problem yaşamazlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir