Hər vaxtınız xeyir olsun. İndi danışmaq istədiyim mövzu: “Yanaşı xəstəliklərdə Eksimer lazerin icra olunması nə qədər doğrudur?”
Mövzu bir az genişdir. Amma imkan daxilində bir az daha kompaktlaşdırmağa çalışacağam.
“Yanaşı gedən xəstəliklər” bir gözə aid hissədir, bir də ümumi orqanizmə aid hissədir. Gözün əlavə bir xəstəliyi varsa: kataraktası varsa və ya qlaukoması varsa – yəni gözdə təzyiq problemi varsa, keratokonus problemi varsa, piy vəzilərin disfunksiyaları varsa, göz yaşı problemi varsa, göz yaşı kanalı ilə bağlı problem varsa, əlbəttə ki, belə olan hallarda xüsusi hallar olmadığı müddətcə Eksimer lazer olunmaz.
Orqanizm tərəfdən əgər şəkərli diabeti varsa və yaxud da ki, sistem xəstəlikləri, autoimmun xəstəlikləri, keloid… Əgər belə problemləri varsa, bu xəstəliklərdə də Eksimer lazer əməliyyatı icra etmək doğru deyil. Yəni əməliyyat olunmaz.
Ona görə pasiyentlərimizə tövsiyəmiz… Onsuz da, biz xəstələrdən anamnez aldıqda onları soruşuruq. Amma ola bilər, həkimin diqqətindən yayınmış ola bilər, anamnez periodunda bu sualları soruşmamış ola bilər. Pasiyentlərdən xahişimiz, ricamız həkimlərinə mütləq əgər əlavə bir xəstəlikləri varsa, həkimlərinə məlumat versinlər, onları bilgiləndirsinlər.
Çünki əgər belə bir… Misal üçün, keloid xəstəliyi varsa, lasik əməliyyatından sonra bu adamlar çox ciddi problem yaşaya bilərlər. Və yaxud da ki, kontrolsuz şəkəri varsa, regenirasiya problemi varsa, no-touch əməliyyatından sonra çox ciddi problem yaşana bilər. Ona görə belə hallar varsa, mütləq əvvəlcədən həkimlərini xəbərdar etsinlər.
Bunların xaricində çox ciddi ümumi sağlamlığa təsir edən bir patologiya, xəstəlik yoxdursa, rahatlıqla Eksimer lazer əməliyyatlarını icra etdirə bilərlər.
Əvvəlki videolarda demişdik, Eksimer lazer əməliyyatı, günümüzdəki bütün cərrahı əməliyyatlar içərisində ən təhlükəsiz, ən az riskli əməliyyat qrupuna daxildir.