eksimer-lazer-hansi-fesilde-edilmelidir

Eksimer lazer hansı fəsildə edilməlidir?

Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu: “Eksimer lazer əməliyyatlarının mövsümü xarakteri varmı?”

Çünki bəzi xəstələr belə fikirləşirlər ki: “Doktor, yox, isti havalarda eşitmişəm ki, əməliyyat eləmək olmaz” və ya “Doktor, eşitmişəm ki, soyuq havada əməliyyat eləmək olmaz.”

Eksimer lazer əməliyyatı adından da məlum olduğu kimi lazerlə icra olunduğuna görə bunun xüsusi bir mövsümlə əlaqəsi yoxdur. Yəni “isti-soyuq”, “yaz-payız”, “toz…” bunların heç birinin əməliyyatın nəticəsinə müsbət və ya mənfi baxımdan bir təsiri yoxdur. İstənilən mövsümdə Eksimer lazer əməliyyatı icra oluna bilər.

Bu lazer qısa müddətdə təxminən hər göz üçün 5 dəqiqə müddət aparır və sağalması da çox qısa müddətdə çəkdiyinə görə nə istinin, nə soyuğun əməliyyatın gedişatına, əməliyyatın sağalma perioduna, reabilitasiyasına bir mənfi və ya müsbət təsiri olmur. 

Yekunlaşdırım, Eksimer lazer əməliyyatının icrasının mövsümlə heç bir əlaqəsi yoxdur.

Hovuz, sauna, dəniz və Eksimer lazer əməliyyatı

Sadəcə, mövsümlə əlaqədar olaraq bəzi tələblər və ya ehtiyaclarımız ortaya çıxır. Misal üçün, əgər yay periodudursa, istənilən halda dəniz mövzusu aktual olur. Birinci əsas qorxanlar istiyə görə qorxurlar. İstinin əməliyyatın nəticəsinə təsiri yoxdur, amma dənizə getmək mövzusunda əməliyyat olunan metoddan asılı olaraq əksər hallarda bir həftə və ya 10 gün sonra dənizə getmək, çimərliklərə getmək sərbəstdir və rahatlıqla bu istirahətlərini təmin edə bilərlər.

Qış periodunda isə yenə də sauna və ya hovuz mövzusu olur. Belə olan hallarda da yenə təxminən 2 həftə buxarlı yerlərdə, əməliyyatdan sonrakı 2 həftə müddətində özlərini qoruyurlar. 2 həftədən sonra rahatlıqla saunaları, hovuzları, basseynləri rahat istifadə edə bilərlər. Əgər bunlara riayət edəcəklərsə, o zaman heç bir mövsümlə əlaqədar problem yaşamazlar.

Eksimer lazer əməliyyatından sonra günəşdən, küləkdən qorunma

Eyni zamanda bu günəş, yəni istidən əlavə, günəş şüalarından qorunmaq mövzusu. Biz pasiyentlərə yenə də tövsiyə edirik əməliyyatdan sonra polaroid günəş eynəkləri də istifadə etsinlər. Günəşdən qorumağın hal-hazırda əsas yolu eynək istifadəsidir, günəş eynəyi, qoruyucu.

Qışdakı periodda da yenə də o küləkli havada və ya tozlu havada yenə də, əlbəttə ki, qoruyucu eynəklər istifadə oluna bilər. Amma konkret külək əgər əməliyyatdan bir müddət keçibsə, yəni bir neçə gün keçibsə, külək və ya tozlu hava əməliyyat nəticəsinə təsir eləməz. İlk bir həftəki müddətdə əgər özlərini qorumuş olarlarsa, ondan sonra rahatlıqla həyatlarını davam etdirə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir