quru-goz-ve-eksimer-lazer

Eksimer lazer və gözdə quruluq

Hər vaxtınız xeyir olsun. Bu gün sizə quruluqla əlaqədar, yəni “Gözdə quruluq varsa, Eksimer lazerə necə təsir edər?” Bu mövzuda yenə: “Gözündə quruluq olan insanlarda Eksimer lazer etmək olarmı?” – birinci hissə, “Eksimer lazerdən sonra quruluq artarmı?” – bu, ikinci hissəsi.

Çox təəssüf ki, günümüzdə getdikcə istəsək də, istəməsək də monitor işləri daha da artmaqdadır və kompüterlə işləyən insanların sayı getdikcə artır. Və əksər hallarda da bu kompüterlə işləyən insanlarda quruluq daha çox rast gəlinməyə başlayır. Həm istər ekoloji cəhətdən, həm də istifadə etdiyimiz monitorlar vasitəsilə bizim quruluq problemlərimiz getdikcə qabarmağa başlayır.

Əvvəllər Eksimer lazer əməliyyatında quruluq çox önəmli idi. Buradakı 2 ana səbəb var:

Birinci səbəb, bizim əvvəllər istifadə etdiyimiz Eksimer lazerdəki flepli cərrahiyyədə flep qalınlığı ilə əlaqədar idi. Əvvəllər biz ilk başlayanda 180, 160 mikronluq fleplər qaldırırdıq. 180 və 160 mikronluq flepləri qaldırdığımız zaman buynuz qışanın mərkəzi hissəsində, stromasında sinir liflərinin bir hissəsini kəsmiş olurduq. Sinir lifləri kəsilincə də bu gözdə qıcıqlanmaları azaldır və gözün quruluğuna gətirib çıxardırdı. 

Amma günümüzdə biz daha incə 80, 85, 90 mikronluq fleplərlə işləyirik deyə Eksimer lazerdən sonra quruluq mövzusu daha az aktual olmağa başladı. 

Amma işin ikinci tərəfi ofis işlərimiz artdığına görə, ümumiyyətlə, zəif görməsi olan və ya olmayan bütün insanlarda quruluq mövzusu artmağa başladı.

Bu ikisini balanslaşdırdığımız zaman texnologiya olaraq inkişaf etdik, amma iş şəraiti olaraq problemlərimiz artmağa başladı.

Belə qərara gəlmək olar “Əgər xəstədə kəskin quruluq yoxdursa, yəni “şeqren sindromu” və ya ona yaxın hallar yoxdursa, Eksimer lazer əməliyyatı rahatlıqla icra oluna bilər.” Bu pasiyentlər bilməlidirlər ki, Eksimer lazer əməliyyatı ilk 6 ay müddətində quruluğumuzu artıracaq və bu periodda gözyaşı nəmləndiricilərimizi daha sürətli istifadə etməliyik.

Amma 6 aydan sonra tamamən Eksimer lazerin quruluq üzərindəki təsiri ortadan qalxmış olur. Yəni iş şəraitimizdə əməliyyat olmayan insanlarda hansı problemlə qarşılaşa bilərlərsə, əməliyyat olan insanlar da eyni problemlə qarşılaşır. Və bizim həmin hər iki insan qruplarına da tövsiyəmiz əgər ofisdə, qapalı mühitdə və monitorla işləri çox olursa, mütləq nəmləndirici istifadə etsinlər.

Nəmləndiricilər göz sağlamlığımız üçün çox önəmlidir. Həm gözün qidalanması, həm gözün strukturu, həm də komfortumuz üçün əhəmiyyətlidir.

Eksimer lazer, quruluqla bağlı problemlərimizi ar-tır-maz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir