lri-vs-rk

Keratokonus əməliyyatları: LRI və ya RK

Salam, hər vaxtınız xeyir olsun. Bu gün yenə keratokonus mövzusu və əməliyyatları: “Görmənin düzəldilməsi üçün icra olunan əməliyyatlar”. 

Keçən yazımızda görməni artırmaq üçün İntrakornel rinqlər haqqında danışdıq. Bu yazıda buynuz qişanın nahamarlığını bir az daha toparlamaqdan ötrü, nahamarlığı hamarlaşdırmaqdan ötrü LRI və ya RK dediyimiz, “Limbal Relaxing Inscisions” və ya “Radial Keratotomy” dediyimiz əməliyyat növü haqqında danışmaq istəyirəm. 

Bu əməliyyata qərar verməkdən ötrü yenə də istənilən halda buynuz qişa tam detallı araşdırılmalıdır. Yəni buynuz qişanın həm ön səthi, həm arxa səthi, həm ön-arxa arasında fərqlər və buynuz qişanın qalınlığı. Bu məlumatların işığında xəstənin refraktiv dəyərləri, yəni görmə dərəcələri nə qədərdir? Biz bu dərəcələrdə nəyi dəyişdirməklə daha yaxşı görüntü əldə edə bilərik? 

Bəzən dikləşmiş zonalar, əgər bunuz qişanın qalınlığı kifayət qədər bəs edirsə, dikləşmiş zonalarda buynuz qişanın relyef problemləri olur keratokonusda, həmin o dikləşmiş zonalarda biz radial kəsiklər etməklə və ya periferiyada yüngülləşdirici, yumşaldıcı kəsiklər etməklə buynuz qişanın profilini dəyişə bilirik ki, bunun nəticəsində də xəstələrin görmə faizləri və görmə keyfiyyətləri dəyişir və bununla da xəstələrin əməliyyatdan əvvələ nisbətən görmə keyfiyyətləri daha da artmış olur. Amma bunlar da keratokonus xəstələrində yenə də ideal görmə təmin etmir. 

Keratokonus xəstələrində daha hansı əməliyyat növləri var, onlar haqqında növbəti yazıda məlumat verəcəyəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir