intracorneal-ring-emeliyyati

Intracorneal Ring əməliyyatı

Bu gün yenə karatokonus mövzusunda danışacayıq. Keçən yazıda qeyd etmişdik “Keratokonusun müalicəsi.”

Keçən yazıda qeyd etdiyimiz kimi, birinci əməliyyat: Corneal Cross Linking. Bu əməliyyatın mahiyyəti buynuz qişanın sərtliyini təmin etmək, yəni prosesi durdurmaq.

Bəs buynuz qişa durdurması tamam. Amma yekunda bu gözlər görməkdən ötrüdür. Keratokonuslu xəstələrdə də görmə keyfiyyəti çox aşağı düşmüş olur.

Xəstəliyi durdurmaqla yanaşı, görəsən görməni qaldırmaq üçün bir vasitə varmı?

Görməni qaldırmaq üçün bir neçə vasitə var. Bunlardan bir dənəsi buynuz qişaya implantasiya olunan Intracorneal Ring. 

Əvvəlki yazılarda demişdim. Bilmirəm xatırlayırsınızmı? 

Keratokonus xəstələrdə buynuz qişanın relyefi dəyişmiş olur. Yəni əgər buynuz qişa bu şəkildədirsə buynuz qişa normadan çox dikləşmiş olur. Həmin bu diklik nəticəsində kənarlarda çoxlu qırışlar əmələ gəlir və görmənin keyfiyyəti çox aşağı düşür. Yəni buynuz qişanın səthi hamar olmur.

Buynuz qişanın relyefini dəyişdirmək, mərkəzdə daha düz, daha hamar bir səth əldə etmək üçün buynuz qişaya sərt materialdan təchiz olunmuş intracorneal rinqlər var, bu rinqləri implantasiya etməklə buynuz qişanın mərkəzi hissəsini bir az daha düzləşdirmiş oluruq. Yəni dikliyi bir az daha yatızdırmış oluruq və əyrilikləri bir az daha azaltmış oluruq. İntrakorneal rinq implantasiyası ilə xəstələrin görməsinin keyfiyyətini artırmış olur.

Kimlərə rinq implantasiyası tövsiyə olunur? Korreksiya edə bilməyən gözlərə. Yəni xəstədə keratokonus var. Keratokonusla yanaşı alətlər bəlli bir dərəcə ortaya çıxardıb mənfi 5-ə, mənfi 4. Mənfi 5 miopdur, mənfi 4 astiqmatdır. Amma nömrələri qoyuruq görməsi artmır. Xəstənin görməsi 15 faizdir, şüşələri qoyduğumuz zaman ancaq 20%, 25%, 30 faizə qalxır. Yəni 80, 90, 100% bir görmə əldə edə bilmirik.

Korreksiya etməyən gözlər üçün rinq implantasiyası şərtdir. Rinq implantasiyası edincə həmin gözlərin çılpaq gözlə görməsi daha da artar və eynək taxa biləcək hala gəlib çıxar. Yəni əgər əməliyyatdan öncə xəstə eynək taxınca 15 faizdən, 25 faizə qədər çıxırdısa eynəklə görməsi, rinq taxdıqdan sonra korreksiyası 80-90 faizə öz rinqli gözlərlə görməsi 40-50 faizə, korreksiya 80-90, 100 faizə qədər belə çıxa bilirlər.

Əksər hallarda rinq taxdığımız xəstələrin böyük əksəriyyəti rinqdəki haldan məmnun qalırlar və çox az eynək ehtiyacı hiss edən olur. Yəni rinq ilə görmələri onları qane edir.

Rinq ilə görüntümüz həm kəmiyyət, həm keyfiyyət olaraq artmış olsa belə, heç bir zaman ideal görmə əldə edə bilmirik.

Keratokonus hallarında görmənin artırılması üçün rinq implantasiyasından daha fərqli əməliyyat növləri var. Növbəti yazıda digər əməliyyat növləri haqqında məlumat verəcəm.

One thought on “Intracorneal Ring əməliyyatı”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir