keratakonus-ve-eynek

Keratokonus və eynək

Xəstələrə Keratokonus diaqnozu qoyuldu, Cross-link əməliyyatı olundu və ya bir başqa hər hansı başqa əməliyyatlar icra olundu. Xəstələrin görməsi xəstəni qane etmir. Belə hallarda nə etməli?

Bəzən xəstələr: “Doktor, görməm yaxşı deyil. Məni qane etmir. Eynək yaza bilərsinizmi?”

Keratokonus xəstələrinin özəlliyi budur ki, əksəriyyətində, hamısında demirəm amma böyük əksəriyyətində eynəklə keyfiyyətli görmə əldə etmək mümkün olmur.

Eynək taxmış olsalar belə, görmə faizləri artmış olsa da… Məsələn xəstə öz gözü ilə 20 faiz görür, eynək taxdıq 60 faizə çıxdı görməsi. 60 faizi belə rahat görə bilmirlər. Yəni keyfiyyətli bir görüntü olmur. Eynək taxırlar eynəkdən tam məmnun qalmırlar.

Düzdür, bəzən biz eynək yazırıq. Müəllimədir, işlərini görə bilməkdən ötrü, ən azından yorğunluğu azaltmaqdan ötrü eynək istifadə olunur, amma bu xəstələrdə ideal keyfiyyətli görmə əldə etmənin tək yolu Hibrid linzalardır. Hibrid linzalar vasitəsilə onlar istədiyi görməni əldə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir