keratokonus-ve-eksimer-lazer2

Keratokonus xəstələrində Eksimer Lazer necə aparılır?

“Keratokonus xəstələrində Eksimer Lazer” yazımızın davamı olaraq əməliyyatın necə edildiyi, nə kimi fərqləri olduğunu qeyd edəcəyəm.

Keratokonus xəstələrində məlumdur ki, buynuz qişanın səthi nahamar olur və aberrasiyalar, yəni dağınıq görmə baş verir. Görmə keyfiyyəti çox aşağı olur. 

Bu xəstələrdə görmə keyfiyyətini artırmaqdan ötrü standart Eksimer Lazer etmirik. 

Birincisi, mümkün qədər No-Touch, yəni səthi Eksimer Lazer əməliyyatları icra edirik.

Edəcəyimiz əməliyyatlarda isə standart əməliyyat xaricində imkan daxilində “Topo-guided” dediyimiz buynuz qişanın relyefinə uyğun olaraq natarazlıq, diklik və ya çökəkliyi ən gözəl şəkildə hamarlayacaq proqramlarımız var, buynuz qişadan maksimum şəkildə keyfiyyətli görüntü əldə etmək üçün o proqramları istifadə edib əməliyyatları icra edirik.

Topo-guided No-Touch və ya Topo-guided PRK (TG-PRK) əməliyyatları ilə keratokonus xəstələrində görmə keyfiyyəti ideala yaxın alınır və bu xəstələr çox məmnun qalırlar. 

Yenə də, qeyd etdiyim kimi, bu xəstələrdə buynuz qişanın digər parametrləri çox önəmlidir. Həm buynuz qişanın qalınlığı, buynuz qişanın relyefi və əyrilik radiusu. Bunları nəzərə alıb keyfiyyətli bir görüntü əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir