Kataraktanın yaşı: “Ən gənc katarakta nə vaxt olur?”
Bu suala belə bir cavab verirəm: “Kataraktanın yaşı yoxdur.”
İstənilən yaşda, hətta yeni doğulmuşun belə kataraktası var. Yəni katarakta ilə doğulan yenidoğulmuş uşaqlar olur.
Kataraktanın yaşı yoxdur. Normal, standart fizioloji katarakta dediyimiz 55 yaşdan yuxarı… Amma 55 yaşın altında da kataraktaya rast gəlirik.
Travmatik ola bilər, metabolik proseslər nəticəsində ola bilər, hər hansı əlavə bir xəstəlik nəticəsində ola bilər və ya kənardan əlavə təsirlər nəticəsində qazanılmış kataraktı ola bilər. Və bayaq qeyd etdiyim kimi, hətta yeni doğulmuş, yəni katarakta ilə doğulan uşaqlar da ola bilər.
Yəni kataraktanın yaşı yoxdur, istənilən yaşda kataraktaya rast gələ bilirik.
Gənc yaşda katarakta varsa səbəbi axtarılmalıdır
55 yaşdan yuxarı kataraktalarda səbəb axtarmırıq, amma 55 yaşın altında katarakta varsa, əksər hallarda səbəb axtarmalıyıq. Çünki kataraktaya gətirib çıxaran səbəbi müəyyənləşdirmiş olsaq, digər gözü qorumuş olarıq və ya qarşılaşa biləcəyimiz həm əməliyyatın gedişatında, həm də əməliyyatdan sonra qarşılaşa biləcəyimiz problemləri daha öncədən bilib ona uyğun tədbir görmüş olarıq.
Sualın cavabı: Kataraktanın yaşı yoxdur. İstənilən yaşda katarakta ilə qarşılaşa bilirik.