Katarakta diaqnozu qoyuldu, “Diaqnoz qoyulduqdan sonra nə etməliyik?”
Xəstəmiz də razıdır, psixoloji hazırıq, hər şey qaydasındadır. Növbəti gözlədiyimiz etaplar, gözləməli olduğumuz etaplar.
Katarakta əməliyyatında hansı lens qoyulacaq
Birinci etap, əlbəttə ki, əməliyyat vaxtı qoyulacaq linzalar.
Önəmli mövzu budur. Klinikalara görə dəyişə bilər. Bəzi klinikalar var ki, onlar standart linzalarla işləyirlər, onlarda alternativ yoxdur, ona görə xəstələrə bu mövzuda heç məlumat vermirlər, ehtiyac duymurlar. Bəzi klinikalar var ki, onlar fərqli spektrlarda linzalarla işlədiklərinə görə xəstələrə seçim haqqı verilir. Və bu linzaların müsbət-mənfi tərəfləri ki, belə hallarda xəstə özü seçimini edə bilsin, ehtiyaclarına uyğun olanını.
Bizim klinikada fərqli spektrdə linzalar istifadə edirik və bu linzalarla əlaqədar xəstələrə məlumatlar verilir. O linzaların həm mənşəyi olsun, həm funksiyaları olsun, həm bir-birindən fərqləri olsun, differensasiyası…
Əksər hallarda qoyulacaq linzanın növü haqqında xəstə ilə məsləhətləşilir və xəstə ilə ortaq qərar verilir, amma elə hallar olur ki, həm bəzi hallarda əməliyyat öncəsi spesifik problemli xəstələrdə artıq nə ilə qarşılaşacağımızı bildiyimizə görə xəstəyə seçim haqqı vermirik.
Yəni biz qərar veririk, sizə filan linza qoyulacaq, skleral fiksasiya olacaq və ya iris-claw qoyulacaq və ya əməliyyatın gedişatında gözləmədiyimiz bir problemlə qarşılaşarıqsa, o vaxtı implantasiya edəcəyimiz linzanın növünə biz qərar veririk əməliyyatın gedişatında. Elə olan hallarda əgər xəstə oyaqdırsa, xəstə ilə məsləhətləşib məlumatımızı veririk və ya xəstə narkozdadırsa əgər, əməliyyatdan sonra xəstəyə məlumat verilir.
Yəni demək istədiyim bəzi hallarda əməliyyatın gedişatında həkim qoyulacaq linzanın növünü, modelini dəyişdirə bilər. Əgər əməliyyata qərar verilsə, linzanın növü haqqında danışılacaq.
Katarakta əməliyyatında qoyulan linzaların növləri
Linza növləri bir neçə ana qrupa bölünür.
Fokus nöqtəsinə görə linza növləri
Fokus nöqtəsinə görə hal-hazırda üç ana qrupumuz var.
Monofokal İOL-lar
Monofokal İOL-lar uzağı yaxşı göstərir, yaxına eynək taxma ehtiyacı hiss olunur, çox nadir hallarda yaxına korreksiya veririk, yaxını yaxşı görürlər uzağa ehtiyac olunur.
Bifokal İOL-lar
İkinci, bifokal İOL-lar yaxın və uzaq işlərimizin 70 faizini eynəksiz görə bilirik, amma orta hissədə bir dumanlılıq var, keyfiyyətsiz görüntü var.
Trifokal İOL-lar
Üçüncü, trifokal. “Ağıllı mərcək” deyirlər, elmi adı onun trifokaldır.
Trifokal linzalar yaxın, orta, uzaq məsafələrdə 90 faiz halda eynək ehtiyacı olmadan öz işlərimizi görə bilirik.
Amma heç birində tamamən eynəksiz bir həyat vəd etmirik.
Bunlar fokus nöqtəsinə görə.
Materialına görə linza növləri
Linzaların materialına görə hidrofob lenslər var, hidrofil lenslər var, PMMA lenslər var.
PMMA linzalar
PMMA lenslər ən əvvəlki ilk lenslərdir. Bunlar sərt lenslərdir. Bunların görmə keyfiyyəti çox yüksəkdir, görüntü keyfiyyəti çox yüksəkdir, amma bunları implantasiya etmək üçün böyük bir sahə açılmalıdır. Yəni təxminən 6 və ya 6.5 mm-lik ya buynuz qişada, ya sklerada bir kəsik açılmalıdır ki, bu kifayət qədər böyük kəsikdir. Çünki hal-hazırda biz minimal invaziv kəsiklərlə, yəni təxminən 2.2 mm-lik kəsiklərlə icra edirik.
Hidrofil linzalar
Hidrofillər – onlar da çox yayılmış linzalardır. Hidrofillərin müsbət tərəfi: çox yumşaq və elastikdirlər, çox kiçik kəsiklərdən implantasiya oluna bilirlər. Yəni 2.2 mm-dən rahatıqla implantasiya oluna bilirlər. Bəs bunların çatışmayan tərəfi nədir? Çatışmayan tərəfi “glistening” dediyimiz illər sonra hidrofillər ətrafdakı mayenin bir hissəsini özünə çəkirlər və zamanla İOL materialının içərisində xırda-xırda qabarcıqlar əmələ gəlir və bunlar görmə keyfiyyətini nisbətən pozur.
Hidrofobik linzalar
Daha ən son hal-hazırda istifadə etdiyimiz ya hidrofobik, tam hidrofobik və yaxud da ki, hidrofobik örtüklü lenslərdir. Hidrofobik örtüklü lenslər nisbətən yumşaqdır və 2.2 mm-dən rahatlıqla keçir. Onlar yenə də “glistening-free”dirlər, yəni gələcəkdə görmə keyfiyyətində bir problem əmələ gəlmir. Tam hidrofobiklər 2.2-dən çətin keçir, ona görə bəzən kəsiyi nisbətən böyüdüb 2.3 və ya bəzən 2.4-ə qədər böyüdə bilirik onları implantasiya etməkdən ötrü. Onlar nisbətən daha sərtdirlər, yəni hidrofillərə nisbətən. Hidrofobiklərdə isə tamamən “glistening free”dirlər, yəni implantasiya olunan lens ömrün axırına qədər, illər boyunca keyfiyyətində bir dəyişiklik əmələ gəlmir və aydın bir görmə imkanı verir pasiyentlərə.