Katarakta əməliyyatından sonra qidalanma

Katarakta əməliyyatından sonra qidalanma [Katarakta: 40]

Katarakt əməliyyatından sonra qidalanma necə olmalıdır? Xəstələrə maraqlı olur. 

– Doktor, əməliyyatdan sonra biz qidalanma baxımından nəyə diqqət edəcəyik? 

Əgər normal sedasiya və ya heç bir şeysiz icra olunubsa, yəni emosional sakitlik əldə etmək üçün hər hansı bir dərman vurulmayıbsa, bu xəstələrin əməliyyatdan sonrası qidalanması üçün xüsusi bir təklifimiz, tövsiyəmiz yoxdur. İndiyə qədər necə qidalanırdılarsa, o şəkildə də qidalanmalarına davam edə bilərlər. 

Hə, nə ola bilər? Maksimum həmin günlər ilk bir, ikinci günü gücənmə söhbəti olmasın deyə bir az daha duru yeməklərə üstünlük verməklərini istəyirik. Onun xaricində bizim xüsusi bir qida tələbimiz yoxdur. 

Əgər ümumi anesteziya ilə, yəni narkozla icra olunan əməliyyat olubsa, belə olan hallarda əməliyyat günü xəstələrdə öyümə, qusma ehtimalı ola biləcəyinə görə mümkün qədər əməliyyatdan çıxan kimi yemək yeməmələrini… 

Uşaqlarda çox problem olmur əslində, uşaqların valideynlərində problem olur. 

– Uşaq səhərdən acdır.

Və yaxud da ki, böyük adamdır: 

– Səhərdən yemək yeməmişəm, acam, yemək istəyirəm. 

Yəni mümkün qədər o əməliyyatdan sonrakı saat yarım, iki saat, bəlkə, üç saat mümkün qədər su və ya çay istifadə eləsinlər. 3 saatdan sonra ancaq duru yeməklər. Yəni əməliyyat günü dovğadır, ayrandır, şirin çaydır, supdur… Bu şəkildə duru qidalar istifadə etmələrini tövsiyə edirik. Ürəkbulanma və öyüməni önləməkdən ötrü. 

Səhəri gündən artıq normal qaydada əvvəllər necə qidalanırdılarsa, o şəkildə qidalanmalarına davam etmələrini məsləhət bilirik. 

Dərc edən

Burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir