Yeni eksimer lazer cihazı SCHWIND AMARIS xüsusiyyətləri: Astiqtamizm kontrolu

Eksimer lazer əməliyyatlarında indiyə qədərki ən böyük sıxıntımız, astiqmatizm kontrolu idi. 

Astiqmat nə deməkdir? 

Boynuz qışanın səthində nahamarlıq varsa, o astiqmat deməkdir. Kələkötürlük varsa, o astiqmat deməkdir. 

Kələkötürlüyə uyğun olaraq alət iş görməlidir. Yəni alət o kələkötürlüyün yerini təyin eləməlidir, dikliyə uyğun şəkildə ablasiya eləməlidir, korreksiya eləməlidir. 

Tibdə belə bir şey var – siklotorsionlar. 

Nə deməkdir bu? 

Bir insan oturduğu halda gözünün vəziyyəti ilə uzanıqlı halda gözünün vəziyyəti eyni deyil. Biz uzanıqlı halda olanda gözümüzə çevrilmə – torsional hərəkətlər olur. Yəni əgər astiqmatın oxu 90 dərəcədirsə, biz uzanan vaxtı bu yerin dəyişib 100, 105 dərəcə, 87 dərəcə, 75 dərəcə ola bilir. Alətin arxasında əməliyyat olanda biz uzanıqlı oluruq. Amma müayinə – diaqnostikada, aşkar olunanda oturaqlı oluruq. 

Burada bir absurd var. 

Yəni indiyə qədərki müayinələrdə xəstə oturduğu yerdə müayinə olunurdu, uzanıqlı yerdə əməliyyat olurdu və astiqmatlarda uyğunsuzluq ortaya çıxa bilirdi siklotorsionların hesabına. SCHWIND AMARIS cihazı bu uyğunsuzluğu sıfıra endirdi, minimuma endirdi. 

Nə oldu? 

Xəstə oturduğu halda alət infrared şüalar vasitəsilə iris tanıma eləyir. İrisin görüntüsünü götürür. Necə ki biz deyirik, barmaq izi individualdır, irisimiz də bizim individualdır. Hətta eyni insanın sağ irisi ilə sol irisi bir-birinin eyni deyil. O qədər fərqlidir, düşünün…

Cihaz özünə görə kriterilər götürür – orientir nöqtələr. Həmin orientir nöqtələrə uyğun bu fikirləşir ki, xəstə oturduğu yerdə filan orientir 100 dərəcədir. Uzandığımız vaxt gözümüz oynasa belə, o həmin orientirləri tapır və “100 dərəcə” oranı qəbul eləyir. 

Xəstənin gözü oynayıb 90 dərəcəyə gəlmiş olsa belə, alətin yaddaşındakı “100 dərəcə” olduğu kimi saxlayır və ona uyğun şəkildə astiqmatizmi korreksiya eləyir. 

Yəni çox üstünlükləri var, amma ən birinci üstünlüyümüz astiqmatizm korreksiyasında – buna da deyirik: siklotorsional nəzarət. 

Yəni hətta əməliyyatın gedişatında belə, mən əməliyyat eləyirəm, gözümün qabağında xəstənin gözü yerində durmur. Göz oynayır, fırlanır. 

Göz yerində oynadığı halda belə nəinki uzanıqlı bir yerdə… Tutduq, Amma bu orada belə stabil qalmır. Xəstə gərginləşdikcə tərpənir. Tərpəndikcə alət də ona uyğun ablasiyasını tərpədir. Yəni göz haraya gedirsə, buraya atılmalı lazer elə həmin yerə düşür. Yəni başqa yerə düşmür. 

Bunun nəticəsində “aberration free” korreksiya etmiş oluruq. Yəni əməliyyatdan sonra daha mükəmməl, yüksək keyfiyyətli görüntü əldə etmiş oluruq. 

Bu bizim  yeni alətimizin – SCHWIND AMARIS cihazının ən böyük üstünlüklərindən biridir.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir