Əvvəllər də qeyd etmişdik, eksimer lazerin bir neçə növü var. Bunların içərisində ən çox icra olunanı LASIK-dir, istər “klassik LASIK” və ya “Femto LASIK”.
LASIK metodunda əməliyyatın səhərisi gündən artıq xəstələr görməyə başlayırlar. Amma görmənin tam ideal vəziyyətə gəlməsi orta hesabla 1 ayın sonunda. Hətta fərq etməz, eksimer lazerin digər metodları vasitəsilə də əgər əməliyyat icra olunmuş olsa belə, bütün metodların hamısında görmənin yekun halı 1 ay müddətində formalaşır. Yəni əməliyyatdan 1 ay keçdikdən sonra nə görmə varsa, əksər hallarda elə o görmə bizim tam əldə etdiyimiz görmədir.
Çox nadir hallarda orqanizmaya bağlı olaraq və ya yaşdan asılı olaraq orqanizmdə regenirasiya prosesləri gecikir və görmənin tam stabilləşməsi 2-3 aya qədər çəkə bilir.
Görmədə dalğalanma
Eksimer lazerdən sonra 6 ay müddətində görmədə “fluktasiya”, görmədə dalğalanma hadisəsi müşahidə oluna bilir.
Xəstələrdə bəzən “Doktor, gah yaxşı gördüm, gah pis gördüm”, hətta “Sağ gözümlə yaxşı görürdüm, indi sol gözümlə daha yaxşı görürəm.”
6 ay müddətində də belə xırda fluktasiyalar, dalğalanmalar ola bilir. Bunlar tamamən norma daxilindədir və buna görə də pasiyentlər narahat olmasınlar. Bu şikayətlər də ən geci 6 aya tamamilə ortadan qalxmış olur.