torlu qişa incelmelerinin diaqnostikası

Torlu qişa incəlmələrinin aşkarlanması, diaqnostikası

Torlu qişa incəlmələrini necə müəyyən etmək olur? 

Əvvəlki yazılarda qeyd etmişdik ki, əksər hallarda bu patologiyalar, bu problemlər əlamətsiz gedir və bu patologiyaların aşkarlanması normal, sıravi bir müayinə nəticəsində ortaya çıxır. Xəstələr hər hansı bir fərqli bir şikayətlə müayinəyə gəlirlər, müayinə dərinləşdirilir.

Müayinə nəticəsində məlum olur ki, saydığımız patologiyalardan hər hansı biri var. Onların ağırlıq dərəcəsi təyin olunur. Əgər müşahidəyə alınmaq lazımdırsa, xəstə məlumatlandırılır, müşahidəyə alırıq. Yox əgər müdaxilə etmək ehtiyacı olursa, o zaman xəstəyə məlumat verilir və müdaxilə planlaşdırılır. 

Yazılarımızın birində daha öncələr qeyd etmişdik ki, detallı göz müayinəsi, yəni bir göz müayinəsi necə olunmalıdır. Bir göz müayinəsi görmə itiliyi, bio-mikroskopiya, gözdaxili təzyiq, korreksiya, onların yanında mütləq bəbək böyüdülməlidir və göz dibi detallı müayinə olunmalıdır. 

Bəbəyin böyüdülməsi üçün istifadə etdiyimiz dərmanlar bəzən bir dəfə damızdırılır, bəzən iki dəfə damızdırılır, amma maksimal genişlik əldə etməkdən ötrü 10 dəqiqədən bir üç dəfə damızdırılmalıdır. Maksimal genişlik bizə nə üçün lazımdır? Çünki bəbək nə qədər gen olarsa, biz o qədər daha çox sahəni müayinə etmək imkanımız olar. Yəni daha az patologiya qaçırtma ehtimalımız olar. 

Birinci şərt, bəbəyin mümkün qədər böyüdülməsi. 

İkinci şərt, əlimizdə göz dibi müayinəsi, onun elmi adı fundus müayinəsidir. Fundus müayinəsini icra etmək üçün ləvazimatın olması. Ləvazimatımız nədir? Yaxşı işıqlandırmağa malik bio-mikroskop slitlamp.

İkincisi, göz dibi müyinəsi üçün “non-contact” lenslər. Bu lenslerin dioptriyaları fərqli olur. 20 var, 28 var, 78-miz var, 90-mız var, 120-liyimiz var. Bunlar “non-contact”lardır, amma 165 qədər “contact”lar vasitəsilə periferiyanı skan edə bilirik. Əksər hallarda 120 dioptriya bizə təxminən 120-130 dərəcə periferiyanı ilk baxışda müayinə eləməyə imkan verir. Amma daha ekstrim periferiyalara getməkdən ötrü lensdən əlavə, xəstənin gözünün baxış bucağını dəyişdirməklə “ora serrata” dediyimiz ən periferə qədər biz müayinə eləmək imkanımız olur. 

Düzdür, bu müayinələr həm xəstələr baxımından yorucu olur, həm həkim baxımından vaxt aparan olur, amma bu, həm yoruculuq, həm vaxt aparınlığa baxmayaraq, çox insanın korluqdan qurtarmağına gətirib çıxarır, səbəb olur. 

Yəni bunu niyə vurğuladım?

Bəzən xəstələr o bəbək böyüdülmə prosedurundan xoşları gəlmir. Amma bilməlidirlər ki, o işi biz sırf onları təhlükələrdən, ola biləcək risklərdən qorumaqdan ötrü icra edirik.

Və Allah qorusun, əgər bir patologiya varsa, mövcud bir patologiya varsa, vaxtında aşkar olunub xəbərdar edilməsi, profilaktik tədbirlərin görülməsi və ya ehtiyac varsa, müdaxilələrin edilməsi üçün o müayinələr aparılır. 

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir