Yenidoğulmuşları iki qrupa bölmək olar: Normal fizioloji inkişaf dövrünü tamamlamış, yəni 9 aylıq hamiləliyi tamamlamış yenidoğulmuş körpə və 9 ayın tamamlamamış, yəni erkən doğanlar.
9 aylıq normal inkişaf periodunu keçmiş uşaqlarda doğuşdan həmən sonra ümumi qəbul olunmuş göz müayinələri aparılmalıdır.
Biz həkimlərin, məncə, yaralı yerləridir qarantiya mövzusu.
Bəzən xəstələr gəlir “Doktor, bəs əməliyyat olacaq, amma əməliyyatın qarantiyası varmı?”.
Biz həkimlər insan orqanizmi üzərində işləyirik. Dünyada necə milyard insan varsa, o qədər bir-birindən fərqli problemlər, fərqli xəstəliklər və fərqli orqanizm var.
Gündəlik praktikada əgər 10 nəfər xəstə “mən eksimer olmaq istəyirəm” – deyə müraciət edirsə, onların orta hesabla 2-3 nəfərinə, əvvəllər bu tam yarı-yarıya idi, yəni 10 nəfərdən 5 nəfərinə əməliyyat edə bilirdik, 5 nəfərinə əməliyyat edə bilmirdik.
Kimlərə eksimer lazer etmək olmaz?
Birincisi, yaş faktoru var. Yəni minimal yaşımız 18-dir. 18-in altındakı xəstələr əməliyyat ola bilməz.
Pasiyentlərin müayinəyə gələrkən nələrə diqqət etmələrini istəyərik?
Şəxsiyyət vəsiqəsi bizim üçün önəmlidir
Birincisi, şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələrini çox xahiş eləyərdik.Daha sonra: “Doktor, mən arayış istəyirəm, Epikriz istəyirəm, çıxarış istəyirəm”… Orada artıq şəxsiyyət vəsiqəsi olmadan bu sənədlər verilə bilmir və ya qrafada qoyulur: “Şəxsiyyət vəsiqəsi təqdim olmadan”, yəni identifikasiya aparılmadan verilən məlumatdır.
Belə hallar üçün ilk öncə xəstənin belə istəklə bizə müraciət etməyi… Yəni, biz adətən bu mövzuları ilk başlayan biz olmuruq. Düzdür, bəzi hallarda məlumat veririk. Amma adətən xəstələrin özləri: “Doktor mən eynək taxmaq istəmirəm, yaxını pis görürəm”, bəziləri “uzağı da pis görürəm, eynəksiz bunun bir yolu varmı?” Yəni, xəstənin özündən təklifin gəlməyi, xəstənin istəməyi… Əgər xəstə istəyərsə, o zaman biz bu təklifi dəyərləndiririk.
Mövzumuz göz spazmı. Əslində termin olaraq göz spazmı deyilən bir şey yoxdur. Bunun elmi adıi akkomodasiya spazmıdır. Sadəcə göz spazmı, bir az daha insanlar əksəriyyəti danışanda bu şəkildə danışırlar. Mövzunu anlasınlar deyə adını bu şəkildə qoydum amma elmi adı və danışa biləcəyimiz ad akkommodasiyanıın spazmıdır.
Niyə bu mövzuya toxunmaq istədim? Çünki son zamanlar xəstələrdən bu mövzu ilə əlaqədar fikirlər çox ortaya çıxdı və buna görə də bu mövzuya mən də öz fikrimi bildirmək istəyirəm.
Pasiyentlər: “Doktor, elə əməliyyat yaxşı olsa idi, həkimlər özləri əməliyyat olardılar. Çünki, biz görürük bəzi həkimlər var ki, hələ də özü eynəkdə davam edir” və ya “Bəzi məşhurlar var ki, onlar hələ də eynəkdə davam edirlər. Əməliyyat doğurdan da risksiz, təhlükəsiz olsa idi, onlar əməliyyat olardılar”.
Əvvəlki mövzularımızdan biri kataraktanın (mirvari suyu) nə olduğu ilə bağlı olmuşdu. İndi isə mirvari suyu ilə bağlı diaqnoz qoyularsa, nə etməli olduğumuzla bağlı danışmışam. İzləməyi və suallarınız qeyd etməyi unutmayın.
Katarakta diaqnozu qoyuldu, nə etməliyəm?
Həkimlə pasiyentlərin arasında müsbət bir körpü, yəni dostluq körpüsünün olmağı önəmlidir. Yəni pasiyentlər problemlərini həkimlərlə danışaraq həll etsinlər, həkimlər xaricində deyil. Yəni məhlədə, qonşuda, qohumda həkim olmayan, işini bilməyən, hətta həkim olub, amma o ixtisas sahibi olmayan insanlarla işlərini, problemlərini müzakirə edib həll etməyə çalışmasınlar. Öz həkimləri ilə ünsiyyətdə olsunlar, həkimlə bir yerdə qərar versinlər.
Katarakta (mirvari suyu) daha çox yaşlılarda müşahidə olunsa da, uşaqlarda da olur. Biz bunu konjenital katarakta – anadangəlmə mirvari suyunda görə bilirik. Bu uşaqlar mirvari suyu ilə doğulanda baş verir.
Əgər hər hansı bir refraktiv qüsurdan və ya şüakeçirici mühitlərin şəffalığının pozulması nəticəsində əmələ gələ tənbəllikdirsə, belə tənbəlliyin müalicəsində sağlam gözün okkuluziyası, yəni qapanması metodu mövcuddur. Biz yaxşı görən gözü gündə bir neçə müddət yenə də tənbəlliyin dərəcəsi, xəstənin yaşı və gözün dərəcəsi, refraksiyası – bunları nəzərə alıb bir müddət təyin edirik. Təxminən 20 dəqiqəmi olsun, yarım saatmı olsun, 2 saatmı olsun, 4 saatmı olsun? Bu qapama müddətində nə olacaq?