Zəifgörmə əməliyyatları

Zəifgörmə əməliyyatları 1956-cı ildən başlayaraq istifadə olunmağa başlayıb və hazırda on illərdir ki, tətbiq olunur.

Zəifgörmə əməliyyatları 3 ana qrupa bölünür:

  • Birinci buynuz qişada icra olunan əməliyyatlar.
  • İkinci gözdaxili ön kamerada icra olunan əməliyyatlar,
  • Üçüncüsü isə arxa kamerada, yəni xəstənin və ya pasiyentin bülluru ilə, təbii büllurun üzərində icra olunan əməliyyatlar.

Səthdən dərinə doğru getdikcə əməliyyatın ağırlıq dərəcəsi dəyişir. Əməliyyatlar arasında bizim üçün ən asanı, ən rahatı reabilitasiyası ən yüksək olanı və proqnozlaşdırıla (yəni, əməliyyatdan sonrasını necə görürük) bilənidir.

Əməliyyatlar arasında proqnozlaşdırıla biləni buynuz qişada icra olunan əməliyyatlardır. Buynuz qişada icra olunan əməliyyatların özləri də bir neçə qrupa bölünür. Günümüzdə ən çox istifadə olunan buynuz qişa əməliyyatları eksimer lazerlə icra olunan əməliyyatlardır.

Eksimer lazer ümumi bir alətin adıdıdr. Bu alətlə fərqli metodlarla zəifgörmə əməliyyatları icra olunur.

Fotorefraktiv Keratektomiya Əməliyyatı – PRK

Ən qədimimi deyim və ya ilk icra olunan əməliyyat: Fotorefraktiv Keratektomiya əməliyyatıdır – PRK (photorefractive keratectomy) əməliyyatı. Bu əməliyyat 1976-cı ildən laboratoriyalarda araşdırılmağa başlayıb və 1988-ci ildə ilk dəfə görən gözün üzərində icra olunub. Yəni təxminən 31 illik bir tarixi var bu əməliyyatın. Orta hesabla dünyada hər il 5-7 milyon insan bu əməliyyatdan faydalanır və ya dünyada bir il ərzində 5-7 milyon bu əməliyyatdan icra olunur.
Amma bu əməliyyatın özünə görə bəzi müsbət, bəzi mənfi tərəfləri olduğuna görə bunun mənfi tərəflərini ortadan qaldırmaqdan ötrü daha yeni metod – Lasik deyilən bir metod ortaya çıxdı.

Lasik əməliyyatı

Lasik 1994-cü ildən icra olunmağa başladı. Amma kütləviləşməyi 2000-ci illərdəndir. Bu gün də dünyada ən çox icra olunan əməliyyatlardandır. Həm fotorefraktiv keratoektomiya, həm də Lasik dünyada ən çox icra olunan əməliyyatlardan sayılır.

Digər metodlar

Bununla da bitmədi və bu iş davam edir. Lasikin yeni modifikasiyaları ortaya çıxdı. Femtolasik deyilən bir əməliyyat, Relex Smile və belə davam edir. 

Hansı əməliyyat metodunu seçməliyəm?

Ümumiyyətlə, əməliyyatların növlərinin çoxalmağının səbəbi daha keyfiyyətli bir görmə əldə etməkdən ötrüdür. Çünki insanların problemləri sadəcə zəifgörmə olmuş olsa belə, zəifgörmədən başqa əlavə faktorlar əməliyyat metodu seçməyimizə təsir edir. Elə xəstə var ki, onun müayinə nəticələri fotorefraktiv keratektomiya, yəni PRK metoduna uyğun gəlir. Elə xəstə var Lasikə uyğun gəlir, elə xəstə var Lasikə uyğun gəlir, elə xəstə var SMILE-a uyğun gəlir. Yəni xəstələrin böyük əksəriyyətinin seçmə haqqı yoxdur. Həkim təklif edir: “Sizin gözünüzdə bu əməliyyat icra olunacaq”, – deyə. Çünki bəzi xəstələr gəlir ki, “Mən Lasik olmaq istəyirəm” və yaxud da ki, “Mən PRK olmaq istəyirəm”

Elə hallar olur ki, 2-si üçün də və ya 3-ü üçün də ortaq parametrlər olduğuna görə deyirik: “Bəli, sən bunu da ola bilərsən, bunu da ola bilərsən”. Müsbət tərəfləri, mənfi tərəfləri pasiyentə o haqqı verir ki, pasiyent özü seçsin. Amma elə hallar var ki, pasiyentə seçim haqqı verilmir. “Əgər əməliyyat olacaqsınızsa, ancaq bu əməliyyat ola bilərsiniz” deyirik, “Ancaq Lasik əməliyyatı ola bilərsiniz” və ya “Ancaq Smile ola bilərsiniz.” Bu şəkildə…

8 thoughts on “Zəifgörmə əməliyyatları”

    1. Salam, ilk öncə zəifliyin səbəbi araşdırılmalıdır. Əgər səbəb refraktiv qırma qüsurudursa o zaman 18 yaşacan gözləmək gərəklidir. Bu əməliyyat gözün dərəcələri və inkişafı sabitləşməmiş icra edilməsi doğru deyil.

  1. Salam doktor.Mənim 59 yaşım var,yazıb oxumağı +3,5 ölçülü eynəklə edirəm.Uzağı isə +1,25 olçülü eynək taxıram.Mən hansısa əməliyyatla eynəklərdən azad ola bilərəmmi.Xahiş edirəm mənə kömək edin.

    1. Salam. 050 391 94 22 – qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
      Ünvanımız:
      Spero Klinikası (köhnə Dobromed klinikası),
      2-ci mərtəbə,
      Ayna Göz Lazer mərkəzi,
      20 Yanvar küçəsi 1/ B,
      Şamaxinka.

Dr.Rəfadar Xəlilov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir