quru goz problemi ve katarakta emeliyyati

Katarakta ilə yanaşı xəstəliklər- Göz quruluğu [Katarakta: 19]

“Katarakta ilə yanaşı xəstəliklər” seriyasından digər bir xəstəlik – “Göz quruluğu”. 

Göz quruluğu olan xəstələrdə həm də katarakta diaqnozu qoyulubsa, necə davranılmalıdır? 

Göz quruluğu olan insanlarda göz yaşının kəmiyyət və keyfiyyət problemi olduğuna görə və əməliyyat vaxtı biz bəzi məhlullar istifadə edirik, əməliyyat sahəmizi və gözün daxilini steril etməkdən ötrü. Həmin o məhlulların bəzi hallarda göz quruluğunu bir azca, bəlkə 1%, bəlkə, 2% artırma ehtimalı nəzərə alınaraq bu şeylərə diqqət etmək ehtiyacı doğur. 

Dezinfeksiyaedici məhlulların istifadə müddətini və konsentrasiyasını azaldırıq

Birinci mövzu: biz əməliyyat vaxtı, onsuz da, quruluğu olan xəstələrdə quruluğu “induce”ləməyək, provokasiya etməyək və ya artırmayıq. Birinci işimiz budur. 

Əməliyyat vaxtı buna diqqət etməyə çalışırıq. Buna diqqət etməyin ən önəmli yolu daha az konsentrasiyada dezinfeksiyaedici məhlullar istifadə etməkdir. Daha qatı, normalda tam ideal sterillik əldə etmək üçün bəlli konsentrasiyası var: 5% misal üçün. Biz onları daha qısa müddətdə daha aşağı faizlərlə, 1%-2%-li məhlullarla əvəz edirik. Çünki əgər quruluğu varsa, bu şeylərə diqqət eləməliyik. Dediyim kimi, biz o quruluğu daha da “indukte” eləməyək. Ona diqqət edirik. Müddəti azaltmaq və konsentrasiyanı azaltmaqla. 

Trifokal linza taxılacaqsa quruluq mövzusu nəzərə alınmalıdır

İkincisi, quruluğu olan bir insan, onsuz da, buynuz qişanın səthi daim nəm olmalıdır keyfiyyətli bir görüntü əldə etməkdən ötrü. Quruluq olunca, görmə keyfiyyəti aşağı düşür. Katarakt əməliyyatından sonra da quruluq əgər daha da artarsa, istədiyimiz görməni əldə etmirik, monofokallar üçün. 

Trifokal lens implantasiya edəcəyiksə, trifokal lens implantasiyası üçün quruluq mövzusu çox ciddi mövzudur. Əgər bir xəstədə quruluq varsa, trifokal lens implantasiya olmaz. Çox təəssüf ki, hal-hazırda bu mövzuya bizim əməkdaşlar, həkim dostlar diqqət etmirlər və bunun nəticəsində həmin həkimlərin də səbəbini bilmədikləri narazı xəstələr topluluğu ortaya çıxıb.

Xəstə gəlir: 

– Doktor, filan yerdə əməliyyat olmuşam. Mənim narahatlığım var, keyfiyyətli görmürəm, narahatam. Həkimə gedirəm, həkim deyir ‘Əməliyyat yaxşı eləmişəm, hər şey qaydasındadır’. 

Həkim, əslində, özünə görə düz deyir. Əməliyyat yaxşı icra olunub. Əməliyyatda qüsur yoxdur. Amma axı bu xəstənin əməliyyat öncəsi quruluq mövzusunda dəyərləndirilməsi aparılmalı idi. Quruluğu var idisə, bu əməliyyat icra olunmamalı idi. 

Yaş artdıqca quruluq problemi artacaq

İşin başqa bir tərəfi: yaş artdıqca quruluq daha da qabarmağa başlayır. 

İkinci, monitor işləri artdıqca: telefondur, planşetdir, kompyuterdir, quruluq daha çoxartmağa başlayır. 

Üçüncü, yuxunun keyfiyyəti pozulduqca quruluq artmağa başlayır. Psixoloji gərginlik artdıqca quruluq daha da artmağa başlayır. 

Yəni yaş artdıqca bunlar bizim qarşılaşacağımız mövzulardır. Bu o deməkdir ki, əgər belə problem olan bir insana biz indi trifokal taxmışıqsa, bu gün məmnun qalsa belə, o pasiyent bir neçə ildən sonra narazı qalma ehtimalı yüksək olan bir pasiyent qrupuna çevriləcək.

Katarakt əməliyyatı öncəsi quruluğu olan pasiyentlər çox detallı araşdırılmalıdır, quruluq dəyərləndirilməlidir. Ona görə implantasiya olunacaq linza növü: monofokalmı, trifokalmı təyin olunsun. Xəstələrə daim nəmləndirici tövsiyə olunsun. 

Əlavə olaraq dediyim kimi, əməliyyat sahəsinin sterilizasiyası üçün istifadə etdiyimiz dərman vasitələrinin konsentrasiyasını düzgün seçək. Bu mövzular onun üçün önəmlidir. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir