Katarakta təhlükəlidirmi? [Katarakta: 11]

Kataraktanın bir bulanma dərəcəsinə görə növləri varsa da, bir də təhlükəlilik dərəcəsinə görə növləri var. 

Bir neçə əvvəl yazılarımızda saydığımız: kortikal katarakta, nuklear katarakta, arxa subkapsulyar katarakta, polyar katarakta – bunlar təhlükəli deyillər. 

Kataraktanın təhlükəliliyi nə ilə əlaqədardır? 

Katarakta zamanla görmə keyfiyyətini aşağı salar. Bu önəmli deyil. Nə vaxt əməliyyat olsa, əvvəlki vəziyyətə geri qayıdacaq. Amma katarakta əməliyyat olunmadan qalarsa, əlavə bir problemə gətirib çıxarda bilərmi? 

Bəli, bəzi təhlükəli katarakt növlərimiz var. 

DAVAMI

Katarakta yenidən əmələ gələ bilərmi?

İndi danışmaq istədiyim mövzu “ikincili katarakta” və yaxud da ki, “arxa kapsul bulanması”. PCO dediyimiz “Posterior Capsule Opacification”

Bu katarakt əməliyyatı olan insanların bəzi mənbələrdə 63-65 faizində əməliyyatdan sonrakı fərqli müddətdə  (3 ay olar, 5 ay olar, 1 il olar, 5 il olar və ya 10 il olaraq fərqli müddətdə) arxa kapsulun şəffaflığının itirilməsi, bulanması… Bunun nəticəsində pasiyentlərin görmələri də dumanlaşır… Bu “ikincili katarakta” əslində bunun tam elmi adı deyil, camaat arasında yayılmış və ya rus mənbələrində olan bir addır. Amma elmi adı dediyim kimi “arxa kapsulun bulanması”dır.

DAVAMI