keratokonus-ve-eksimer-lazer

Keratokonus xəstələrində Eksimer Lazer olarmı?

Salam, hər vaxtınız xeyir olsun. Bu gün yenə Keratokonus mövzusunda müalicə, əməliyyat növləri.

Keratokonus əməliyyatları içərisində belə bir görmənin reabilitasiyası… Ən axırıncı danışdığımız yazılar buna aid idi: “Görməni necə qaldıra bilərik?” “Intracorneal Ring” implantasiyası dedik. Onların da əslində növləri var. Gələcəkdə imkan olsa, onlar haqqında bir az daha detallı məlumat verərəm. Ondan sonra Keratotomilər haqqında danışdıq. 

Növbəti danışmaq istədiyim: “Eksimer Lazer olarmı?” Yəni, yekunda Eksimer Lazer də görmənin reabilitasiyasını artırmaq üçün icra olunan bir əməliyyatdır.

Keratokonus və Eksimer Lazer

Keratokonus xəstələrində, bəli, biz Eksimer Lazer icra edə bilirik. Yetər ki gözün parametrləri ona uyğun olsun. Yəni, erkən dövrlərdə, Forme fruste keratokonus və ya birinci mərhələ keratokonuslarda buynuz qişanın qalınlığı bizim əməliyyat etmək üçün manevr etmək imkanı verirsə, bəli, onları biz Eksimer Lazer edirik. Hətta əksər hallarda No-Touch və ya PRK dediyimiz əməliyyat metodu: flebsiz cərrahiyyə. Hətta buynuz qişa kifayət edərsə, incə flebli Eksimer Lazer cərrahiyyələri də edə bilirik.

Mütləq bu əməliyyatların sonu “cross-linking”lə tamamlanmalıdır. Yəni cross-linking əməliyyatları daha öncə də qeyd etdiyimiz kimi buynuz qişanın rezisdentliyini artırmaqdan ötrüdür.

Əksər hallarda əgər yüksək dərəcələr varsa, tam tərsinə Eksimer Lazerlər buynuz qişanın rezisdentliyini daha da aşağı salar. Bunlar aşağı salarsa, həmin cross-linking əməliyyatı vasitəsilə buynuz qişanın sərtliyi, turqoru təkrar təmir olunur. Gələcəkdə xəstələr keratokonus baxımından problem yaşamasınlar.

Kimlərə Ring taxırıq, kimlərə Eksimer Lazer icra edirik?

Ring yazısında qeyd etmişdik. Əgər xəstənin gözündə dərəcə var, amma dərəcələri qoyduğumuz halda görməsi artmır. Bu xəstələrə Ring implantasiyası tövsiyə edirik. Amma xəstənin gözündə dərəcə var və nömrəni qoyduğum zaman görmə artır. Belə xəstələrə isə, parametrləri uyğun gələrsə Eksimer Lazer əməliyyatı icra edirik. Əksər hallarda da yüksək nəticələr, keyfiyyətli nəticələr əldə edirik.

“Keratokonuslu xəstələrdə Eksimer Lazer edərkən görmə keyfiyyətinin daha yaxşılaşdırılması üçün hansı işlər görürük?” – Bir başqa yazıda bununla əlaqədər məlumat verəcəyəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir