Xəstənin kataraktası var, amma əlavə problemləri də var.
Əlavə problemlərdən ən çox rast gəldiyimiz şəkər xəstəliyi. Diabetlilər, hansı ki, kontrolsuz diabeti olub, artıq diabetik retinopatiyası var.
Hətta birinci hissəyə belə bölə bilərik: şəkər xəstəsidir, kontrolsuzdur, amma qısamüddətli, 2 il – 3 ilin şəkər xəstəsidir, hələ retinopatiya başlamayıb. Şəkəri çox yüksəkdir 280-300 civarındadır, göz dibində şəkərə aid bir problem yoxdur, kataraktası var, nə eləyək?
Əlbəttə ki, belə olan hallarda, tələsmiriksə, qısamüddətli şəkəri səhmana salınacaq, şəkər səhmana düşəndən sonra da katarakta əməliyyatını olacaq. Hər şey normal qaydad atamamlamış olacaq.
Yox, ikinci bir hal ola bilər: şəkər kontrolsuzdur və üstündən uzun müddət vaxt keçib. Şəkərə aid gözün dibində retinopatiya başlayıb, göz dibində problemlər var.
Göz dibində dəyişikliklər azdır
Əgər katarakta göz dibini müayinə edəcək qədər çox deyilsə və gözün dibini biz müayinə edib gözün dibindəki problemləri, dərəcəsini biliriksə, ona görə tədbirimizi alacağıq. Erkən dövrlərdə sadəcə yüngül, qeyri-proliferativ diabetik retinopatiya. Göz dibində yüngül dəyişikliklər var, yüngül qanamalar var.
Belə olan hallarda əgər biz xəstəni əməliyyat edib retinopatiyanı nəzərə almazsaq, yəni şəkərli diabetini nəzərə almazsaq, əməliyyatdan sonrakı dövrlərdə bir neçə həftə içərisində gözün dibində problemlər qabaracaq və xəstənin görmə keyfiyyəti çox aşağı düşəcək. Belə olan hallarda o mövzularla qarşılaşmamaqdan ötrü əməliyyatın gedişatında və ya bəzən əgər qanamalar çox olarsa, neovaskular damarlar çox olarsa, belə hallarda əməliyyatdan bir gün öncə qanamaları azaldacaq, oradakı damar proleferasiyasında, damar inkişafını azaltmaqdan ötrü Anti-VEGF iynələr var. İynəni vurub əməliyyatı elə icra edirik. Yəni əməliyyatdan bir neçə gün əvvəl və ya elə əməliyyat vaxtı. Əməliyyatdan sonrakı problemlərdən yaxamızı qurtarmaqdan ötrü.
Göz dibində dəyişikliklər çoxdur
Bəzi hallar olur gözün dibində şəkərə aid o qədər kobud dəyişikliklər olur ki, sən katarakta əməliyyatından sonra xəstənin görməsi haqqında heç bir vəd verə bilmirsən, heç bir fikir yürüdə bilmirsən. Belə olan hallarda kombinə əməliyyat, yəni həm katarakt əməliyyatı, həmçinin vitrektomiya əməliyyatı dediyimiz göz dibi əməliyyatı, ikisini bərabər icra edirik. Hətta bəzi hallarda katarakta o qədər sərt olur ki, gözün dibini müayinə edə bilmirik. Xəstənin şəkəri var. Bəzi müayinələr apardıq, ultrasəs müayinəsi apardıq, gözün dibində şəkərə aid problemlər var, qanamalar var. Belə olan halda nə eləyəcəyik? Proqnozsuz, yəni göz dibindən xəbərimiz olmadığına görə proqnozsuz mirvari suyunu, kataraktanı götürəcəyik. Gözün dibi görüləcək hala gələcək, ondan sonra biz gözdibinə aid tədbirlər görməyə başlayacaq.
Ola bilər, göz dibindəki tədbirlər, yüngül: iynə və ya lazerlə həll ola biləcək mövzular olsun, ola bilər ki, təkrar göz dibi üçün ayrı başqa bir əməliyyata, yəni vitrektomiya əməliyyatına ehtiyac olsun.
Şəkər kontrol altındadırsa standart katarakta əməliyyatı edirik
Şəkərli diabeti olan xəstələrdə katarakta çox özəlliklidir, dediyim kimi. Ən yüngülü diabetik retinopatiyası olmayan xəstələr, onlar da sadəcə iynə eləməklə fəsadlardan qorunmuş ola bilirik.
Elə xəstələr də olur ki, şəkəri kontroldadır baxmayaraq, 10 ildir, 15 ildir şəkərli diabet xəstəsidir, şəkərinə ciddi nəzarət edib, göz dibində heç bir problem yoxdur.
Belə olan hallarda da tamamən normal, standart katarakt əməliyyatını icra edirik. Bəzi hallar olur ki, şəkərə aid göz dibində problemlərimiz var, amma büllur kütləsi lazerin torlu qişaya çatmağına maneçilik törətməyəcək və gözün dibinə lazer eləməyə ehtiyacı var. Əməliyyat öncəsi göz dibini sağlama almaqdan ötrü PRP dediyimiz Arqon Lazer vasitəsilə gözün ətrafında qanaya biləcək sahələri kontrola aldıqdan sonra əməliyyatı icra edirik.
Yəni şəkərli diabet xəstələrində kataraktası olan xəstələrə çox xüsusi yanaşmaq lazımdır və alqoritm elə qurulmalıdır ki, əməliyyat vaxtı və əməliyyatdan sonrakı dövrdə mümkün qədər reabilitasiya qısa müddətdə tamamlanmış olsun və əlavə yeni bir problemlərlə qarşılaşmayaq.