[Qlaukoma 5] Qlaukoma (qara su) müalicəsində görmə arta bilərmi?

Bir əvvəlki yazımızda qeyd etmişdik ki, qlaukoma xəstəliyinin müalicəsində xəstələrin görməsi artmaz. Yəni xəstələr belə bir gözlənti içərisinə girməsinlər. 

“Mənim görməyim pisləşdi, qlaukoma diaqnozu qoyuldu, müalicə eliyəcəyəm, görməyim artacaq?” 

Çox-çox özəl hallarda, çox nadir hallarda, bəli. Bəzən qlaukoma xəstəliyindən sonra müalicə periodunda görmədə cüzi də olsa fərq ola bilər. Hansı hallarda? 

DAVAMI

[Qlaukoma 4] Göz görmürsə qlaukomanı niyə müalicə edirik?

Əvvəlki yazımızda qeyd etmişdik, axırıncı cümləmiz belə olmuşdu: “Qlaukoma xəstəliyinin müalicəsi görməni bərpa etmək üçün deyil”. Bəs onda biz niyə müalicə olunuruq? 

Bəzən xəstələr gəlir, deyirik ki, bəs bu dərmanları tökməlisiniz. Bu dərmanlar ondan ötrüdür ki, mövcudu qoruyaq. 

DAVAMI

[Qlaukoma 3] Gözdə qara su xəstəliyi – Qlaukoma niyə kor edir?

Bu gün belə bir sualın cavabını verməyə çalışacağam. Qlaukoma nə vaxt kor edir? 

Qlaukoma konkret… Bir az qorxuram, cümlələri ürəyimdən gələn kimi deyə bilmirəm ki, onlar yanlış anlamasınlar. Qlakoma kor edir! 

DAVAMI

[Qlaukoma 2]  Qlaukomanın növləri: açıq bucaqlı və qapalı bucaqlı qlaukoma

Bir əvvəlki yazımızda Qlaukoma nədir? – onu qeyd etmişdik və bizi kor eləyən səbəb nədir? 

Bu gün isə qlaukomanın növləri haqqında qısa məlumat vermək istəyirəm. 

DAVAMI

[Qlaukoma 1] Qlaukoma, qara su xəstəliyi nədir?

Qlaukoma nədir? El arasında ona qara su deyilir. 

Ana səbəb, yəni əgər fiziologiyasından danışsaq, gözümüzün içərisində bir neçə toxuma var ki, o toxumalar şəffafdır. Toxumanın şəffaf qalması üçün onun damarı olmamalıdır. Damar olan yerdə şəffaflıq itir. Bəs bu orqanlar şəffaf orqanları olduğu üçün necə qidalanmalıdırlar, axı bunlar canlıdırlar? Bunların qidalanması üçün fərqli bir sistem Allah tərəfindən düzəldilib. 

DAVAMI

Göz damarlarının trombla tıxanması – gözdə tromboz

Tromboz, göz damarlarının tromb vasitəsilə tıxanmasıdır. 

Gözün 2 cür damarları olur: arteriyalar və venalar. 

Arteriyanın tıxanması fərqli gedişatdır, venaların tıxanması tamamən fərqli gedişatdır. Vaxt olsa, bir az da onları detallandıracağam. Amma bu gün bir az da venoz trombozla əlaqədar, vena damarların trombozu ilə əlaqədar məlumat vermək istəyirəm. 

DAVAMI

Katarakta ilə yanaşı xəstəliklər: Qlaukoma [Katarakta: 16]

Xəstə gəldi, diaqnoz qoyuldu – Katarakta. Əlavə problemimiz varmı? Müayinə nəticəsində məlum oldu ki, katarakta ilə yanaşı, əlavə, ikinci bir problemimiz var: Gözdaxili təzyiq yüksəkdir. Belə olan hallarda necə davranmaq lazımdır? 

DAVAMI

Katarakta təhlükəlidirmi? [Katarakta: 11]

Kataraktanın bir bulanma dərəcəsinə görə növləri varsa da, bir də təhlükəlilik dərəcəsinə görə növləri var. 

Bir neçə əvvəl yazılarımızda saydığımız: kortikal katarakta, nuklear katarakta, arxa subkapsulyar katarakta, polyar katarakta – bunlar təhlükəli deyillər. 

Kataraktanın təhlükəliliyi nə ilə əlaqədardır? 

Katarakta zamanla görmə keyfiyyətini aşağı salar. Bu önəmli deyil. Nə vaxt əməliyyat olsa, əvvəlki vəziyyətə geri qayıdacaq. Amma katarakta əməliyyat olunmadan qalarsa, əlavə bir problemə gətirib çıxarda bilərmi? 

Bəli, bəzi təhlükəli katarakt növlərimiz var. 

DAVAMI