Trifokal linza ilə uzağı yaxşı görməmək

Həkim salam. 1 aydır ki, Trifokal göz əməliyyatı olmuşam başqa bir klinikada. Düzdür yarım metr məsafəni yaxşı görürəm, amma uzağı duman içində görürəm. Həqiqətən, əməliyyatdan əvvəl uzağı bundan çox yaxşı görürdüm. Mənim görmə ehtimalım varmı?
Həkim deyir, sənin başının gücü buna yetir, bu nə deməkdir?

Trifoklarla bağlı çox problemlər görürəm açığı. Bir az hər halda daha çox demək lazımdır, daha çox danışmaq lazımdır. Həm pasiyentlər üçün, həm həmkarlar, həkimlərimiz üçün.

DAVAMI

Hər gözə “ağıllı linza” qoymaq olmaz

Trifokal linzalar. “Ağıllı linza” deyilir, əslində, düzdür, bu, el arasında artıq belə olub, “ağıllı linza” kimi tanınır, amma elmi adı onun “trifokal lenslər”dir. Yəni orada “smart”lıq, “ağıllı”lıq bir şey yoxdur silikonun xüsusi bir törəməsidir də, canlı bir materialdır. Orada içərisində bir mikrosxemi də yoxdur, prosessoru yoxdur, yəni biz ona “ağıllı” deyə bilmirik. Niyə isə belə başladı, trifokal lenslər.

Düzdür, əvvəllər bir neçə dəfə bu haqda yazılarımız olub. Amma demək ki, vaxt keçdikcə həm məlumatları yeniləmək baxımından, həm də insanların ehtiyaclarına uyğun olaraq bəzi mövzuları təkrarlama ehtiyacı doğa bilir. 

Niyə bu mövzuda məlumat vermək istəyirəm? Trifokal lenslər niyə gündəmdədir? 

DAVAMI

Trifokallarda xəstə məmnuniyyəti

Bu gün bir az fərqli bir mövzu haqqında danışmaq istəyirəm. “Trifokallarda xəstə məmnuniyyəti”. 

Əlbəttə ki, bunun 2 tərəfi var: bir “Həkim tərəfdən hadisəyə baxış”, bir də “Xəstə tərəfdən hadisəyə baxış”. 

DAVAMI

“Akıllı lens”lərdən kimlər daha çox razı qalır?

Trifokal linzalar bulanmış və ya bulanmamış, refraktiv məqsədlə gözümüzdəki təbii büllurun çıxarılıb yerinə trifokal lenslərın implantasiyası ilə müxtəlif məsafələrdə aydın görməni təmin etmək üçün istifadə olunan linza növləridir və mövzumuzun adı da: Kimlər trifokallardan, yəni bu “akıllı lens”lərdən kimlər daha çox məmnun qalırlar?

DAVAMI

Yumşaq və sərt linzalar – Katarakta cərrahiyyəsində

Belə bir sual gəlmişdi, yumşaq və sərt linzalar haqqında… 

Ümumiyyətlə, mövzunu 2 yerə ayırmaq fikrim var. Çünki yumşaq və sərt linzalar həm katarakta cərrahiyyəsində istifadə olunan linzalara tətbiq eləmək olar, həm də kontakt linzalara… 

Ona görə hal-hazırdakı danışacağım mövzu katarakta cərrahiyyəsində istifadə olunan linzalar, bir sonraki videoda isə sərt və yumuşaq kontakt linzalardan danışmağı planlaşdırıram.

DAVAMI

“Akıllı lens” implantasiyasında xəstə seçimi

Belə hallar üçün ilk öncə xəstənin belə istəklə bizə müraciət etməyi… Yəni, biz adətən bu mövzuları ilk başlayan biz olmuruq. Düzdür, bəzi hallarda məlumat veririk. Amma adətən xəstələrin özləri: “Doktor mən eynək taxmaq istəmirəm, yaxını pis görürəm”, bəziləri “uzağı da pis görürəm, eynəksiz bunun bir yolu varmı?” Yəni, xəstənin özündən təklifin gəlməyi, xəstənin istəməyi… Əgər xəstə istəyərsə, o zaman biz bu təklifi dəyərləndiririk. 

“Akıllı lens” implantasiyasında xəstə seçimi oxumağa davam et

“Ağıllı lenslər” – trifokal lenslər üçün ideal pasiyent

Əgər belə bir qruplaşdırma olsa…

Birinci: xəstənin yaşının 40-ın üstündə olmağı. 

İkinci: xəstənin daha öncədən hər hansı bir refraktiv qüsurunun olmağı. Yəni, pasiyent daha öncədən də zəif görürdü və eynək istifadə edirdi.

DAVAMI