Torlu qişa patologiyaları nə ilə nəticələnir?
Əgər çox ciddi deyilsə, mütəmadi kontrol, əksər hallarda illərlə… 5 il, 10 il, 15 il kontrola gələn xəstələrimiz var, hansı ki, neqativ bir dəyişiklik yoxdur, yenə kontrollarımız davam edir.
DAVAMITorlu qişa patologiyaları nə ilə nəticələnir?
Əgər çox ciddi deyilsə, mütəmadi kontrol, əksər hallarda illərlə… 5 il, 10 il, 15 il kontrola gələn xəstələrimiz var, hansı ki, neqativ bir dəyişiklik yoxdur, yenə kontrollarımız davam edir.
DAVAMI“Torlu qişasında incəlmə olan pasiyentlərə tövsiyələrimiz” və yaxud da ki, “İncəlmə prosesi varsa, onun dərinləşməməsi üçün, ən azından göz dibində olan dəyişikliklərin daha sürətli şəkildə getməməsi üçün və ya sürətlənməməsi üçün nələrə diqqət etməliyik?”
DAVAMIArqon lazer fotokoaqulyasiyadan sonra nələr olur, nələrlə qarşılaşır pasiyentlər?
Əslində, arqon lazer fotokoaqulyasiyası prosesi bitdikdən sonra 15-20 dəqiqə rəngli görmə, yəni kimisi bənövşəyi rəngdə görür, kimisi qırmızı rəngdə görür, kimisi mavi rəngdə görür… Onun da səbəbi prosedur vaxtı kontakt linzanı bir az daha gözə sıxmış oluruq, gözün təzyiqi anidən boşaldığına görə elə bir hal olur.
DAVAMITorlu qişada incəlmələrin lazerlə bərkidilməsi… Bir az loru dildə oldu. Elmi dildə “baryer lazer fotokoaqulyasiya”.
İşin mahiyyəti həmin incəlmiş zonaların və ya dəlik, yırtıq əmələ gəlmiş zonaların sahələrinin ətrafının lazer vasitəsilə çapıqlaşdırılmasından ibarətdir. Lazerlər orada mikro yanıqlar əmələ gətirir və mikro yanıqlar nəticəsində həmin hissələrdə çapıq toxuması əmələ gəlir. Çapıq toxuması retinanı altdakı təbəqələrə retinal piqment epitelinə daha da bərkitmiş olur və bunun nəticəsində həmin hissədə torlu qişa daha çox altdakı toxumalara yapışmış olur. Yəni torlu qişanın qopması və ya mayenin keçib torlu qişanın altından torlu qişanın qaldırılması ehtimalı azalır. Tam ortadan qalxmır, ehtimalı azalır.
DAVAMITorlu qişi incəlmələri, hamiləlik və doğuş mövzusuna toxunmaq istəyirəm. Çünki praktikada çox rast gəlirik:
“Doktor, gözüm zəifdir. Görəsən, normal doğuş olarmı?”
və ya,
“Doktor, mən göz əməliyyatı olmuşam, görəsən, normal doğuş olarmı?”
Doğuşun normal və ya keysəriyyə ilə aparılması üçün göz əməliyyatlarının dəxli yoxdur. Torlu qişanın vəziyyətinin dəxli var.
DAVAMITorlu qişa incəlmələrini necə müəyyən etmək olur?
Əvvəlki yazılarda qeyd etmişdik ki, əksər hallarda bu patologiyalar, bu problemlər əlamətsiz gedir və bu patologiyaların aşkarlanması normal, sıravi bir müayinə nəticəsində ortaya çıxır. Xəstələr hər hansı bir fərqli bir şikayətlə müayinəyə gəlirlər, müayinə dərinləşdirilir.
DAVAMIBəzən, belə məlumat verdiyimiz zaman pasiyentlər soruşur: “Doktor, necə bilə bilərik: bizdə torlu qişada problem varmı, incəlmə varmı, yoxsa yoxmu?”
Erkən dövrlərdə torlu qişa incəlmələrinin heç bir əlaməti olmur. Ümumiyyətlə, gözdə bir neçə xəstəlik var ki, erkən dövrlərdə bu xəstəliklərin əlamətləri olmur. Ona görə məhz bu xəstəliklər təhlükəli sayılır.
DAVAMIBu mövzu torlu qişa incəlmələri içərisində özəl bir mövzudur. Mən “Torlu qişa incəlmələri” başlığı altında 5 patologiya saymışdım, bu altıncı incəlmələrə aid deyil, amma torlu qişanın qopmasına gətirib çıxaran patologiyadır. Adı “At Nalı Yırtığı”.
DAVAMI“Torlu qişa nazikləşmələri”nə aid olan patologiyalardan ən risklilərindən bir dənəsi Torlu Qişada Dəliklər (Retinal Hole).
Torlu qişa dəlikləri əksər hallarda əvvəlcədən sadaladığımız digər patologiyaların nəticəsində ortaya çıxan bir hal olur. Yəni Lattice Degenerasiyası ola bilər, Snail Track ola bilər, White Without Pressure ola bilər, VRT nəticəsində ortaya çıxa bilən dəliklər ola bilər, bəzən də tamamən müstəqil, baxırsan torlu qişada dəlik var, amma ətrafında bu sadaladığımız incəlmələrin, yəni kombinə olunmuş incəlmələrin heç biri yoxdur. Yəni sadəcə özü tək bir patologiya olaraq “simple” bir patologiya olaraq ortaya çıxa bilir.
DAVAMI