Belə hallar üçün ilk öncə xəstənin belə istəklə bizə müraciət etməyi… Yəni, biz adətən bu mövzuları ilk başlayan biz olmuruq. Düzdür, bəzi hallarda məlumat veririk. Amma adətən xəstələrin özləri: “Doktor mən eynək taxmaq istəmirəm, yaxını pis görürəm”, bəziləri “uzağı da pis görürəm, eynəksiz bunun bir yolu varmı?” Yəni, xəstənin özündən təklifin gəlməyi, xəstənin istəməyi… Əgər xəstə istəyərsə, o zaman biz bu təklifi dəyərləndiririk.
“Akıllı lens” implantasiyasında xəstə seçimi oxumağa davam etGöz spazmı
Mövzumuz göz spazmı. Əslində termin olaraq göz spazmı deyilən bir şey yoxdur. Bunun elmi adıi akkomodasiya spazmıdır. Sadəcə göz spazmı, bir az daha insanlar əksəriyyəti danışanda bu şəkildə danışırlar. Mövzunu anlasınlar deyə adını bu şəkildə qoydum amma elmi adı və danışa biləcəyimiz ad akkommodasiyanıın spazmıdır.
Mövzu niyə aktualdır?
Göz spazmı oxumağa davam etGöz qapaqlarında şişkinlik – Alleregik Blefarit
Göz alergiyaları həddindən artıq çox geniş bir mövzudur. Saatlarla danışmaq olar bu mövzuda… Göz alergiyaları bir neçə yerə bölünür, onlardan biri də allergik blefaritlərdir.
Allergik blefaritlər nədir? Göz qapaqlarında qısa müddətdə, anidən köpüşmə, şişmədir. İstər alt qapaq olsun, istərsə də üst qapaq olsun.. Əksər hallarda da bu təktərəfli olur: ya sağ tərəfdə, ya sol tərəfdə.
Göz qapaqlarında şişkinlik – Alleregik Blefarit oxumağa davam et“Əməliyyat yaxşı bir şey olsa idi, həkimlər özləri əməliyyat olardılar.”
Niyə bu mövzuya toxunmaq istədim? Çünki son zamanlar xəstələrdən bu mövzu ilə əlaqədar fikirlər çox ortaya çıxdı və buna görə də bu mövzuya mən də öz fikrimi bildirmək istəyirəm.
Pasiyentlər: “Doktor, elə əməliyyat yaxşı olsa idi, həkimlər özləri əməliyyat olardılar. Çünki, biz görürük bəzi həkimlər var ki, hələ də özü eynəkdə davam edir” və ya “Bəzi məşhurlar var ki, onlar hələ də eynəkdə davam edirlər. Əməliyyat doğurdan da risksiz, təhlükəsiz olsa idi, onlar əməliyyat olardılar”.
“Əməliyyat yaxşı bir şey olsa idi, həkimlər özləri əməliyyat olardılar.” oxumağa davam etMakiyajın gözə mənfi təsiri varmı?
Bəri başdan deyim ki, qaydasına uyğun məhsulları, qaydasına uyğun şəkildə istifadə edəriksə, heç bir problem yaşamarıq.
Yəni əgər keyfiyyətli məhsuldursa bu məhsul, onsuz da, bütün dermatoloji testlərdən keçmiş olur və istifadə qaydası da hər kəs üçün məlumdur. Qaydasına uyğun istifadə edəriksə, heç bir problemlə qarşılaşmarıq.
Makiyajın gözə mənfi təsiri varmı? oxumağa davam et“Ağıllı lenslər” – trifokal lenslər üçün ideal pasiyent
Əgər belə bir qruplaşdırma olsa…
Birinci: xəstənin yaşının 40-ın üstündə olmağı.
İkinci: xəstənin daha öncədən hər hansı bir refraktiv qüsurunun olmağı. Yəni, pasiyent daha öncədən də zəif görürdü və eynək istifadə edirdi.
DAVAMIZəifgörmə əməliyyatları
Zəifgörmə əməliyyatları 1956-cı ildən başlayaraq istifadə olunmağa başlayıb və hazırda on illərdir ki, tətbiq olunur.
Zəifgörmə əməliyyatları 3 ana qrupa bölünür:
Zəifgörmə əməliyyatları oxumağa davam etQlaukoma nədir?
Mövzumuz qlaukoma. Qlaukomaya el arasında qara su deyilir və nəzarətsiz qalanda doğrudan da çox ciddi problemlər çıxarır.
Bəs niyə Qara su deyilir? Qara suya da xəstəlik çox pisləşəndə artıq gözün təzyiqi o qədər qalxır ki, bəbək həddindən artıq genəlmiş olur və qara rəngdə görsənir gözün içərisi.
Katarakta diaqnozu
Əvvəlki mövzularımızdan biri kataraktanın (mirvari suyu) nə olduğu ilə bağlı olmuşdu. İndi isə mirvari suyu ilə bağlı diaqnoz qoyularsa, nə etməli olduğumuzla bağlı danışmışam. İzləməyi və suallarınız qeyd etməyi unutmayın.
Katarakta diaqnozu qoyuldu, nə etməliyəm?
Həkimlə pasiyentlərin arasında müsbət bir körpü, yəni dostluq körpüsünün olmağı önəmlidir. Yəni pasiyentlər problemlərini həkimlərlə danışaraq həll etsinlər, həkimlər xaricində deyil. Yəni məhlədə, qonşuda, qohumda həkim olmayan, işini bilməyən, hətta həkim olub, amma o ixtisas sahibi olmayan insanlarla işlərini, problemlərini müzakirə edib həll etməyə çalışmasınlar. Öz həkimləri ilə ünsiyyətdə olsunlar, həkimlə bir yerdə qərar versinlər.
Katarakta diaqnozu oxumağa davam etKonjenital katarakta
Katarakta (mirvari suyu) daha çox yaşlılarda müşahidə olunsa da, uşaqlarda da olur. Biz bunu konjenital katarakta – anadangəlmə mirvari suyunda görə bilirik. Bu uşaqlar mirvari suyu ilə doğulanda baş verir.