DAVAMIPRK (no touch) miyopiya astiqmatizim əməliyyatından sonra dəqiqsizlik hərifləri ikili görmə, yayınıq görmə hallari olurmu? Və yaxud bu sonradan keçib gedirmi? Və gözdə xırda nöqtə uçuşması yarana bilirmi? Bunlar bir müddətdən sonra keçirmi?
Tag: eksimer lazer
Eynək yoxsa əməliyyat?
İşin birinci hissəsi, təməl hissəsi gözün əməliyyata uyğun olub-olmadığını həkim yoxlayır. Bütün müayinələrdən keçirdik və gözün əməliyyata uyğun olduğuna qərar verdik. Həkimin işi burada bitdi. Yəni “Mən eynəkləmi davam edəcəyəm, yoxsa əməliyyatmı olacağam?” – bu tamamilə pasiyentin özünə aid bir mövzudur. Tibbi olaraq həkim “Sizin gözünüz əməliyyata uyğundur, istədiyiniz vaxt əməliyyat ola bilərsiniz” deyir və həkim çəkilir.
DAVAMIKeratakonus şübhəsi olan insanlarda Eksimer Lazer
Düzdür “Keratokonusda eksimer lazer” danışmışdıq. Amma keratokonus şübhəsi olan xəstələrdə eksimer lazer danışmamışdıq. Xəstələr eksimer lazer müayinəsinə gəlirlər. Eksimer lazer müayinəsi zamanı məlum olur: buynuz qişada relyef problemi var. Bəzi parametrlər keratokonusa uyğun gəlir, bəzi parametrlər keratokonusa uyğun gəlmir və qalırıq şübhəli halda. Yəni buynuz qişada “papyon” dediyimiz dikləşmələr var. Dikləşmələr alt tərəfdə yuxarıya nisbətən daha böyükdür, daha yüksəkdir. Gələcəkdə keratokonus olma riski var bu pasiyentlərdə.
DAVAMIKeratokonus xəstələrində Eksimer Lazer necə aparılır?
“Keratokonus xəstələrində Eksimer Lazer” yazımızın davamı olaraq əməliyyatın necə edildiyi, nə kimi fərqləri olduğunu qeyd edəcəyəm.
Keratokonus xəstələrində məlumdur ki, buynuz qişanın səthi nahamar olur və aberrasiyalar, yəni dağınıq görmə baş verir. Görmə keyfiyyəti çox aşağı olur.
Bu xəstələrdə görmə keyfiyyətini artırmaqdan ötrü standart Eksimer Lazer etmirik.
davamıKeratokonus xəstələrində Eksimer Lazer olarmı?
Salam, hər vaxtınız xeyir olsun. Bu gün yenə Keratokonus mövzusunda müalicə, əməliyyat növləri.
Keratokonus əməliyyatları içərisində belə bir görmənin reabilitasiyası… Ən axırıncı danışdığımız yazılar buna aid idi: “Görməni necə qaldıra bilərik?” “Intracorneal Ring” implantasiyası dedik. Onların da əslində növləri var. Gələcəkdə imkan olsa, onlar haqqında bir az daha detallı məlumat verərəm. Ondan sonra Keratotomilər haqqında danışdıq.
Növbəti danışmaq istədiyim: “Eksimer Lazer olarmı?” Yəni, yekunda Eksimer Lazer də görmənin reabilitasiyasını artırmaq üçün icra olunan bir əməliyyatdır.
DAVAMIEksimer Lazer əməliyyatı qorxuludurmu?
Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu: “Eksimer lazer əməliyyatı qorxuludurmu?”
Pasiyentlərin bəziləri gəlir: “Doktor, bəs mən eynək taxa bilmirəm, kontakt linza istifadə edə bilmirəm, bezmişəm. Mən əməliyyat olmalıyam. Amma əməliyyatdan qorxuram. Əməliyyat, görəsən, necədir? Mən gözümü necə açıq saxlayacağam? Görəsən, çoxmu ağrı olacaq? Videolara baxıram, o videolarda qapaq açmaq mənə çox qorxulu gəlir. Hətta bəzən vahiməli gəlir.”
DAVAMIEksimer lazer və gözdə quruluq
Hər vaxtınız xeyir olsun. Bu gün sizə quruluqla əlaqədar, yəni “Gözdə quruluq varsa, Eksimer lazerə necə təsir edər?” Bu mövzuda yenə: “Gözündə quruluq olan insanlarda Eksimer lazer etmək olarmı?” – birinci hissə, “Eksimer lazerdən sonra quruluq artarmı?” – bu, ikinci hissəsi.
DAVAMIEksimer lazer hansı fəsildə edilməlidir?
Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu: “Eksimer lazer əməliyyatlarının mövsümü xarakteri varmı?”
Çünki bəzi xəstələr belə fikirləşirlər ki: “Doktor, yox, isti havalarda eşitmişəm ki, əməliyyat eləmək olmaz” və ya “Doktor, eşitmişəm ki, soyuq havada əməliyyat eləmək olmaz.”
DAVAMIYanaşı xəstəlikləri olan Eksimer lazer ola bilərmi?
Hər vaxtınız xeyir olsun. İndi danışmaq istədiyim mövzu: “Yanaşı xəstəliklərdə Eksimer lazerin icra olunması nə qədər doğrudur?”
Mövzu bir az genişdir. Amma imkan daxilində bir az daha kompaktlaşdırmağa çalışacağam.
DAVAMIEksimer lazer və ağırlıq qaldırmaq
Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizə: “Ağırlıq qaldırmanın Eksimer lazer əməliyyatının nəticələrinə təsiri.”
Haradan çıxdı bu mövzu? Bəzi pasiyentlər gəlir: “Doktor, mən eynək taxmaqdan əziyyət çəkirəm, eynək taxmaq istəmirəm” və ya “Kontakt linza geyinmək istəmirəm. Əməliyyat olmalıyam, amma əməliyyat mövzusunda da problem var. Çünki mən ağır işlə məşğulam.” Və ya xanımdır: “Gələcəkdə ağırlıq qaldırmaq olmaz deyiblər, gələcəkdə hamilə olaram uşaqlar olar, uşaqları qaldırmaq, onlara xidmət eləmək. Ona görə hal-hazırda əməliyyat eləməyi düşünmürəm.”
DAVAMI